() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü.
Arealı Albaniya, Bolqarıstan, Yunanıstan, Krım, Şimali və Cənubi Qafqaz, Türkiyə və keçmiş Yuqoslaviya ərazisində yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 25 m olan gövdəli ağacdır. Çətiri piramida formalı və ya yumrudur. Gövdənin aşağı hissəsinin qabığı tünd-qonur rəngli, dərin yarıqlı, yuxarısında qırmızı-sarı, budaqları boz, cavan budaqları açıq-sarıdır. Yarpaqları cod, duz və az əyilmiş, göyümtüldür, uzunluğu 2-7 sm və eni təxminən 0,2 sm-dir. Qozaları konusşəkilli, assimmetrik, kənar pulcuqları zəif dişlidir. Qozaları tək-tək və ya 2-4 ədədi bir yerdə yerləşir. Parlaq, oval-şar şəkillidir, əvvəlcə yaşıl, sonra qonur-qırmızı olur. Böyümənin axırında qonur-boz rəngdə olur. Aşağı əyilir, uzunluğu 1,5-5,5 sm və qaidəsində eni 2-4 sm-dir. Pulcuqları qırışlı qalxanlıdır. Belə ki, qarmaqvarı şam bir çox bioloji, ekoloji və morfoloji əlamətlərinə görə adi şama oxşayır. 1961-ci ildən sərbəst növ kimi ayrılmışdır. Bakı Nəbatat bağında və Mərdəkan dendrarisində qarmaqvarı şam mədəni şəraitdə becərilir. Toxum verməsi 10 yaşdan başlayır, 1 ildən sonra yetişir. Toxumla çoxalır, qışa davamlılığı yüksəkdir. Əvvəllər şamın bu növü adi şamın növ müxtəlifliyi hesab edilirdi. Qozaların sarı-qonur olması ilə adi şamdan fərqlənir. Gözəl tünd-yaşıl iynəyarpaqları qışda saralmır.
Azərbaycanda yayılması Azərbaycanda təbii halda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Göygöldə, Zəyəm çayının sol sahilində bitir. Abşeronda yeni salınan parklarda, bağlarda rast gəlinir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax