Mais Əsədov və ya Qəmlo (tam adı: Mais Əsəd oğlu Əsədov; 1 may 1970, Yağlıvənd, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ – 4 aprel 1993, Divanalılar, Füzuli rayonu, Azərbaycan) — Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Mais Əsədov 1970-ci il mayın 1-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdur. Mais Əsədov kənddə orta məktəbi bitirdikdən sonra 1988–1990-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdu.
Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı O, Birinci Qarabağ müharibəsi zamanı 40-dan çox döyüş və kəşfiyyat əməliyyatında iştirak etmişdir.
Ölümü 1993-cü il aprel ayının 4-ü düşmən artıq Divanalılar kəndində evləri yandırmağa başlamışdı. Üç saat çəkən döyüşdən sonra ermənilər itki verərək işğal etdikləri kəndi tərk etdilər. Mais Əsədov başda olmaqla bizim döyüşçülər kəndə daxil oldular. Bu vaxt Azərbaycanın "Qrad" artilleriya qurğuları səhvən öz mövqelərini atəşə tutdular. Mais Əsədov silahdaşları ilə birgə atəş mövqeyindən kənarlaşmaq üçün Ağamurad təpəsinin önündə yerləşən Ağoğlan çayına doğru çəkilməli oldu. Erməni snayperi Ağamurad təpəsində mövqe tutmuşdu. Əsədov, öz döyüşçülərini yenidən irəli səsəmək üçün ayağa qalxaraq "İrəli! Qırın bu it uşağını!"- qışqıraraq nərə çəkdi. O, lakin düşmən gülləsinə tuş gəldi.
Subay idi.
Azərbaycan xalqı arasında "Qəmlo" kimi tanınırdı.
Təltif və mükafatları 2003-cü il iyun ayının 24-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu.
2003 — "Azərbaycan Bayrağı" ordeni
İstinadlar
Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Birinci Qarabağ müharibəsində həlak olanlar Kateqoriya:Füzuli rayonunda doğulanlar