border|thumb|Ritz Carlton Baku The Ritz-Carlton Baku hoteli – Bakı şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli bina. Hündürlüyü 130 metr olan bina 33 mərtəbədən ibarətdir. Azərbaycanın 10 ən yüksək binasından biri hesab olunur.
İlk adı ilə Trump Tower Baku və ya sonrakı adı ilə Yelkən Hotel
Ritz-Carlton Hotel Company, MMC, Ritz-Carlton kimi tanınan lüks otel şəbəkəsini idarə edən Amerika çoxmillətli şirkətidir. Şirkətin 30 ölkə və ərazidə 29.158 otaqlı 108 lüks otel və kurortu, eləcə də gələcəkdə planlaşdırılan 8.755 otaqlı 46 hoteli var. Hazırkı şirkət 1983-cü ildə, əvvəlki sahibləri Ritz-Carlton brendini və Massaçusets ştatının Boston şəhərindəki Ritz-Carlton hotelini satdıqda təsis edilib. Brend sonradan digər yerlərə də genişləndirilib. Şirkət hazırda Marriott International-ın törəmə şirkətidir.
Tarixi Tikintisinə 2008-ci ildə başlanılıb. 2009-cu ilin iyun ayında binanın bünövrəsi artıq tam hazır idi, həmin ilin iyulunda binanın birinci mərtəbəsinin tikintisinə başlanılıb. 2011-ci ilin sonuna kimi binanın beton karkası tikilmiş və eksteryerinin şüşələnməsinə başlanılmışdır. 2015-ci ildə fasadın bəzədilməsi üzrə bütün çöl işləri başa çatdırılmışdır. Binada 11 ədəd sürətli lift quraşdırılmışdır.
Yerləşdiyi yer Bina Bakıda, paytaxtın mərkəzi magistral yollarının kəsişməsində yerləşir (Heydər Əliyev prospekti, Babək prospekti, Yusif Səfərov küçəsi). Qüllədən 350 metr şimalda bu yaxınlarda tikilmiş Heydər Əliyev Mərkəzi yerləşir. "Trump Tower Baku"ya ən yaxın metro stansiya – 840 metr aralıqda yerləşən Şah İsmayıl Xətai metrostansiyasıdır.
Layihə Bina, 33 yerüstü mərtəbədən ibarətdir, 130 metr hündürlüyə malikdir. Binanı stilistik baxımdan futuristik memarlıq üslubuna aid edirlər. İşıqlandırma üçün binanın tilləri və qövsşəkilli kənarları boyunca yerləşdirilmiş LED-ekranlardan istifadə olunur.
İstinadlar
Xarici keçidlər Trump Tower Baku Skyscrapercity saytında. "Daily Mail" Bakıda inşa olunan Trump Tower-dən yazdı – FOTO "Trump International Hotel & Tower Baku"nun ABŞ-nin yeni seçilmiş prezidenti ilə nə əlaqəsi var? Bakı: Keçmiş "Trump Tower"-də yanğın söndürülüb Trump Tower, Anar və İran İnqilab Qvardiyası… (ABŞ jurnalı yazır) "Trump Tower Baku"nu tikən sahibkarlar: "Pullarımızı ala bilmirik…" "Trump Tower Baku" təmirə bağlandı — Video
Kateqoriya:Bakı memarlığı Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Bakıdakı binalar və tikililər Kateqoriya:Bakıdakı göydələnlər Kateqoriya:Donald Tramp Kateqoriya:Hotellər Kateqoriya:Ritz carlton Kateqoriya:Marriott International Kateqoriya:Luxury otel