Tereza Mey (, qızlıq soyadı Brasier; ) — Böyük Britaniya siyasətçisi, Böyük Britaniyanın baş naziri (2016-cı ildən), Böyük Britaniyanın sabiq daxili işlər naziri (2010–2016), qadınlar və bərabərhüquqluq üzrə nazir (2010–2012), Böyük Britaniya İcmalar Palatasının üzvü (1997-ci il — h.h.), Böyük Britaniya Mühafizəkarlar Partiyasının üzvü. Böyük Britaniyanın Baş Naziri (2016–2019)

Təhsili Oksford Universitetini cöğrafiya ixtisasını bakalavr pilləsi üzrə bitirib.

Siyasi karyerası left|thumb|upright|Tereza Mey Baş Nazir Devid Kemeronla, may 2010-cu il 1986–1994-cü illərdə Londonun Merton bürosu yerli şurasının deputatı olub. 1992-ci ildə Böyük Britaniya parlament seçkilərində Nort-Vest-Darem dairəsindən və növbədənkənar 1994-cü il seçkilərində Barkinq dairəsində iştirak etsə də, uğursuzluqla qarşılaşdış

1997-ci il parlament seçkilərində ilk dəfə yeni yaranan Meydenhed dairəsindən parlamentin icmalar palatasına deputat seçilir və o zamandan deputat seçilir.

1997–2002-ci illərdə mühafizəkarlar partiyasının"kölgə" kabinetlkərində ikinci dərəcəli vəzifələr tutub. 2002-ci ildə ilk dəfə Mühafizəkarlar Partiyasının qadın sədri seçilir və liderdən fərqli olaraq partiyanın texniki fəaliyyət məsələləri ilə məşğul olurdu.

2003–2005-ci illərdə "kölgə kabinetində" həm nəqliyyat, həm də ərzaq və ekologiya naziri oluг. 2005-ci ilin may ayından dekabr ayınadək "kölgə kabinetində" mədəniyyət, KİV və idman naziri olur. 6 dekabr 2005-ci il tarixində İcmalar Palatasının "kölgə" lideri olur. 2009–2010-cu illərdə o "kölgə kabinetində" əmək və pensiyalar naziri olur.

Böyük Britaniyada 2010-cu ildə parlament seçkilərindən sonra ölkənin daxili işlər naziri təyin edilir, həmçinin qadınlar və bərabərlik məsələləri üzrə nazir vəzifəsini də daşıyır. Bu postda o eyni cinslilərin nikahını leqallaşmasına dəstək verən ilk yüksək vəzifəli ölkə siyasətçisi olur. O kölgə kabinetində olarkən əmək və pensiyalar naziri vəzifəsinə ümid etsə də o posta İan Dunkan Smit təyin edilir.

Tereza Mey icmalar palatasında İraqa qoşun yeridilməsinin lehinə səs verib, iqlim dəyişikliyi əleyhinə qanun qəbulunun əleyhinə olub. Böyük Britaniyanın Avropa Birliyinə daha çox inteqrasitanın əleyhinə olub, ictimai yerlərdə siqaret çəkilməsi əleyhidarıdır.. Eynicinsli ailə cütlüklərinin övladlığa uşaq götürməsinə razılıq verilməsinin əleyhinədir.

Şəxsi həyatı 1980-cı ildən ailəlidir, həyat yoldaşı — Filip Con Mey, Capital Group Companies şirkətinin 2016-cı ildən işçisidir. Pakistanın sabiq baş naziri Benazir Bhutto onları Oksforda təqdim etdi. Övladları yoxdur.

Tereza Meydə 2012-ci ilp şəkər diabeti müəyyən edilib. İnyeksiyalarla müalicə olunur.

İstinadlar

Mənbə

Mühafizəkarlar Partiyası saytında Tereza Meyin səhifəsi Böyük Britaniya daxili işlər nazirliyi saytında Tereza Meyin səhifəsi

Kateqoriya:Britaniya siyasətçiləri Kateqoriya:Oksford Universitetinin məzunları Kateqoriya:Birləşmiş Krallıq Mühafizəkarlar Partiyası siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:İngilis anqlikanlar Kateqoriya:Birləşmiş Krallıq baş nazirləri Kateqoriya:Birləşmiş Krallığın qadın siyasətçiləri Kateqoriya:Mühafizəkarlar Partiyasından olan Böyük Britaniyanın baş nazirləri Kateqoriya:Qadın baş nazirlər