Ərəb əlifbası () — Ərəb dilinin yazı sistemi.
Tarixi Bəzi XVIII-XIX əsrlərin elm adamları bu yazı sisteminin ilk nümunələrinə Nəbati hökmdarlarının məzarlarında rast gəlindiyinə inanırdılar. Bu nümunələr isə 328-ci ilə tarixlənirdi.
Bu gün isə İslamdan əvvəlki dövrə və İslamın ilk əsrinə aid kitabələrin araşdırılması göstərir ki, ərəb yazısı Nəbati yazısından (bitişik Nəbati yazısı, III-IV əsr) törəmiş və hətta onun inkişaf etmiş davamı hesab edilmişdir. Beləliklə, ərəb yazısı Nəbati və Arami həlqələri vasitəsilə Finikiya yazısı ilə əlaqələnir.
Hərfləri left|thumb|216x216px|Nəsx yazı Ərəb əlifbası 28 hərfdən ibarətdir. Bəzi əlifbalarda "lam-əlif" (لا) 29-cu hərf olaraq göstərilmişdir. Ərəb hərflər iki yerə bölünürlər:
Şəmsi hərflər Qəməri hərflər
Hərflərin forması sözün əvvəlində, ortasında və sonunda gəlməsindən asılı olaraq dəyişir. Ərəb əlifbasında yalnız sammit səslər vardır.
İslamın gəlişindən sonra isə qeyri-ərəblərin Quranı daha düzgün oxuması üçün sait səsləri əvəzləyən və hərəkə adlanan işarələr də əlavə edilmişdir. Lakin bu yalnız Qurana xasdır.
Yazı Ərəb əlifbasında hərflər sağdan sola yazılır və eyni qayda ilə oxunur. Ərəb əlifbasının ilk vaxtlar iki yazı forması mövcud idi. Bunlardan biri VII əsrdə Kufədə meydana çıxmışdı və "Kufi" adlanırdı. thumb|Kufi yazı|288x288px
Bu növün forması qalın və kobud idi. Bu yazı forması adətən daş və metal kimi səhtlərin üzərinə yazılırdı. Zaman keçdikcə Məkkə və Mədinə də daha incə yazı forması olan "Nəsx" və onun müxtəlif variantları ("Sülüs", "Reyhani" və başqa klassik növləri) meydana çıxdı.
Hazırda isə klassik yazı formaları ilə yanaşı modern formalardan da istifadə edilir. thumb|157x157px|"Ç" hərfi
Konfiqurasiyaları Farslar, əfqanlar, türklər (vaxtı ilə) və başqa xalqlar bu əlifbaya dillərinə uğyun olan səsləri (p, ç, g və s.) əlavə edərək bu əlifbanın müxtəlif konfiqurasiyalarını ərsəyə gətiriblər.
Coğrafiyası thumb|334x334px|Yeganə rəsmi yazı sistemi (tünd yaşıl) və birgə rəsmi yazı sistemi (açıq yaşıl) Ərəb əlifbası dünyada Latın qrafikasından sonra ən çox istifadə edilən yazı sistemidir. Bu yazı sistemi və onun müxtəlif konfiqurasiyaları Şimali Afrika, Yaxın Şərq və Cənub Qərbi Asiyadakı ölkə tərəfindən rəsmi şəkildə istifadə edilir. Bu dövlətlərə Suriya, İordaniya, İraq, Ərəbistan yarımadası ölkələri, Misir, Sudan, Somali, Eritreya, İran, Əfqanıstan, Pakistan, Mərakeş, Əlcəzair, Mavritaniya, Tunis və Liviyanı misal göstərmək olar.
İstinadlar
Kateqoriya:Əlifbalar