"Beat It" () — Maykl Cekson tərəfindən yazılan və müğənninin altıncı solo albomu olan "Thriller"ə daxil edilən mahnı. "Thriller" albomuna daxil olan "The Girl Is Mine" və "Billie Jean" mahnılarından sonra "Beat It" mahnısı da hit-paradlarda böyük uğur qazanmışdır. Mahnı 14 fevral 1983-cü ildə albomdan çıxarılan sayca üçüncü sinql olmuşdur. Mahnıya həmçinin klip də çəkilmişdir. Klipdə Maykl Cekson qanqsterlərin əhatəsində rəqs edir.

Satış uğurlarına görə mahnı iki "Qremmi", iki "American Music Award" mükafatına layiq görülmüşdür. Həmçinin, mahnının qazandığı uğur (klipiylə birgə) "Thriller" albomunun "bütün zamanların ən çox satılan albomu" olmasında böyük rol oynamışdır. Mahnı 1989-cu ildə platin sertifikat almışdır. "Rolling Stone" dərgisi "Beat It" mahnısını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.

Mahnını bu günə qədər Fall Out Boy, Pomplmamoose, Castin Biber, Nickelback, Kris Kornell, Fergie və Eminem də daxil olmaqla bir çox musiqiçi ifa etmişdir. Mahnıdan "National Highway Safety Commission" tərəfindən sükan arxasında spirtli içki içməyə qarşı aparılan kampaniyada da istifadə olunmuşdur.

Musiqisi və istehsalı thumb|left|230px|Eddi Van Halen "Beat It" mahnısı Maykl Cekson tərəfindən "Thriller" albomu üçün yazılmışdır. Mahnının prodüseri olan Kuinsi Cons ona rok-n-roll elementləri əlavə etmək istəsə də, Maykl heç vaxt bu janra maraq göstərməmişdir.Thriller 25: The Book, p. 41Taraborrelli, pp. 224–225 Sonralar Maykl Cekson "Beat It" haqqında deyirdi: "Mən rok musiqisini xatırladan tərzdə bir musiqi yazmaq istəyirdim və istəyirdim ki, gənclər — məktəblilərdən tutmuş kollec tələbələrinə kimi hər kəs bu mahnıdan zövq alsın." Mahnının ilkin ifasını dinlədikdən sonra, Kuinsi Cons bu mahnının onlara lazım olan mahnı olduğunu anlamışdır. Van Helen hard-rok qrupunun əsas gitaraçısı Eddi Van Helen isə mahnıya solo gitara ifası əlavə etmişdir.

Kuinsi Consdan ilk təklifi aldığı zaman Van Halen bunun bir zarafat olduğunu düşünmüşdü. Mayklı müşayiət etmək təklifi Van Haleni çox sevindirmiş və o, "Beat It" üçün solo ifasını maddi təmənnasız yazdırmışdır. Musiqiçi sonralar bununla bağlı deyirdi: "Bu mənim üçün böyük şərəf idi… Mən tamamilə ağlımı itirmişdim, menecerim də daxil olmaqla, bütün qrup istirahətsiz işləyirdi. Mən nə istədiyimi bilirdim – mən başqa bir şey etmək istəmirdim. Mən məhz bununla məşğul olmaq istəyirdim".Cadman/Halstead (2007), pp. 27–28 Van Halen solo ifasını öz evində Cons və Ceksonla birgə mahnının ilkin versiyası üzərində işlədikdən sonra yazmışdır. Gitaraçı Stiv Lukater xatırlayır: "Biz əvvəlcə Eddinin solo gitarada çox yaxşı ifa etdiyini söylədik, lakin Cons onun ifasının bir qədər sərt olduğunu bildirdi. Və biz ifada kobud gitara səsini bir az da azaltdıq, elə bu şəkildə də ifa mahnıya daxil edildi". "Beat It" mahnısı "Human Nature", "P.Y.T. (Pretty Young Thing)" və "The Lady in My Life" mahnıları ilə birgə "Thriller" albomunu tamamlayan son dörd mahnıdan biri olmuşdur.

Mahnıda Van Halenin solo ifasından əvvəl qapı döyülməsi səsinə bənzər səs eşidilir. Bu səsin Eddinin səsyazma studiyasında yeriyən şəxsin ayaq səsləri olduğu bildirilir. Başqa bir iddiaya görə isə həmin səs musiqiçinin öz gitarasını tıqqıldatmasının səsidir.

"Beat It" mahnısının sözləri məğlubiyyət və cəsarət, həmçinin "insan xüsusiyyətlərinin kədərli təsviri"ndən ibarətdir.Dean, p. 463 Mahnıdakı "maço olma" ("don't be a macho man") sözləri isə Mayklın özünün də uşaq ikən atası Cozefdən gördüyü şiddətə qarşı etirazdır.Whiteley, p. 35 Mahnı E flat minor açarı üzərində, 132 zərb ritmində yazılmışdır. Mahnıda Ceksonun vokal həcmi B3 və D5 arasındadır.

Mahnıda zərbli alətlərdə "Toto"nun əsasını qoyanlardan biri olan Cef Porkaro ifa edir.

"Blood on the Dance Floor: HIStory in the Mix" albomuna daxil olan "2 Bad" mahnısının miks versiyasında Con Fortenin rep söyləməsinin və Vayklef Cinin solo gitarada ifasının müşayiəti ilə "Beat It" mahnısından istifadə olunmuşdur.Jackson, Michael. Blood on the Dance Floor: HIStory in the Mix booklet. Sony BMG. p 8.

Çıxarılması və təqdimatı

"Beat It" sinqlı "The Girl Is Mine" və "Billie Jean" sinqllarının uğurlu hit-parad performansından sonra, 14 fevral 1983-cü ildə satışa çıxarılmışdı. Epic Recordsun vitse-prezidenti Frank Dileo "Billie Jean" sinqlının hit-paradların zirvəsində olduğu bir vaxtda, Ceksonu "Beat It" sinqlını satışa çıxarmağa razı sala bilmişdi. Sonradan müğənninin meneceri olmuş Dileo hər iki sinqlın eyni vaxta top 10-a daxil ola biləcəyini güman edirdi. "Bille Jean" "Come On Eileen" mahnısı onu əvəzləyənə kimi yeddi həftə "Billboard Hot 100"-də birinciliyini qoruyub saxlamışdır. The Dexys Midnight Runnersin mahnısı yalnız bir həftə hit-paradın birinci pilləsində qala bilmiş, növbəti həftədən isə "Beat It" mahnısı ilə Cekson yenidən birinciliyi əldə etmişdir.

"Billie Jean" və "Beat It" Maykl Ceksona hər müğənninin əldə edə bilmədiyi uğuru qazandırmışdır. Belə ki, hər iki sinql eyni vaxtda hit-paradlarda ilk beşliyə daxil ola bilmişdir. "Beat It" "Billboard Hot 100"-də üç həftə birinci yerdə olmuşdur. Sinql eyni zamanda "US R&B singles chart"-da birinci yerə, "Billboard Top Tracks chart"-da on dördüncü yerə yüksəlmişdir.George, p. 39 "Beat It" həmçinin İspaniya və Niderlandda hit-paradların zirvəsinə qalxmış, Böyük Britaniyada üçüncü olmuş, Avstriya, Norveç, İtaliya, İsveç və İsveçrədə ilk iyirmiliyə daxil olmuşdur. Danimarkada otuz birinci, Fransada qırx yeddinci yerə kimi yüksəlmişdir.

"Rolling Stone" tənqidçisi Kristofer Konnelli qeyd edir ki, "Beat It" "Thriller" albomundakı ən yaxşı mahnıdır. Mahnının "şıq rəqs mahnısı" olduğunu bildirən tənqidçi deyir: "Ceksonun səsi bütün mahnı boyu axır, Eddi Van Halenin solo gitara ifası mahnını daha da coşdurur və sən coşğunluq və anlaşma dolu bir dünyaya daxil olursan". "Allmusic"-dən Stefan Tomas Örlvayn qeyd edir ki, mahnı "sərt" və "qorxunc"dur. Robert Kristqau qeyd edir ki, Eddi Van Halenin "maço əleyhinə gücünü sərf etdiyi" mahnı "triumf və triller"dir. "Slant" jurnalı qeyd edir ki, mahnı "rok idiomları ilə mürəkkəb xarakterli xüsusiyyətə malikdir". "Stylus" bildirir ki, Van Halen R&B mahnıya solo rok gitara ifasını əlavə etmişdir. Mahnı həmçinin Ceksonun bioqrafı J. Rendi Taraborrelli tərəfindən də xüsusi bəyənilmiş və o, mahnını "möhtəşəm" adlandırmışdır.

"Beat It" bir neçə mükafata da layiq görülmüşdür. 1984-cü ildə mahnı Maykl Ceksona iki nominasiyada – "İlin ən yaxşı səsyazması" və Ən yaxşı rok vokal ifası" nominasiyalarında Qremmi mükafatı qazandırmışdır. Mahnı 1983-cü ildə "Ən sevilən disko-rəqs" LP mahnı nominasiyasında "Billboard Musiqi Mükafatı"na layiq görülmüşdür.Cadman/Halstead (2007), p. 29 Satışa çıxarıldıqdan qısa müddət sonra bir milyondan çox nüsxəsi satıldığına görə sinql qızıl sertifikat almışdır. 1989-cu ildə sinql "Recording Industry Association of America" tərəfindən bir milyondan artıq növbəti satış göstəricilərinə görə platin sertifikata layiq görülmüşdür. 2010-cu ilin nəticəsinə görə ABŞ-də dijital satış miqdarı 1 649 000 olmuşdur.

Klip thumb|right|200px|Cekson "Beat It" klipində "Beat It" mahnısının klipi Maykl Ceksona dünyanın "pop kralı" mövqeyini möhkəmləndirməyə kömək etmişdir.Campbell (1993), p. 60Austen, p. 264 Klipdə Cekson ilk dəfə qaradərili gənclərlə birgə küçələrdə görünmüşdür. "Beat It" və "Thriller" mahnılarının klipləri Ceksonun beynəlxalq ticari markası kimi qəbul edilən rəqqaslar kütləsi ilə sinxronlaşdırılmış rəqslərin təqdimatı baxımından da diqqətə layiqdirlər.

"CBS"-in maliyyə dəstəyini rədd edən Ceksona "Beat It"in klipinin çəkilişi 150 000 ABŞ dollarına başa gəlmişdir. Klipin çəkilişləri 9 mart 1983-cü ildə Los-Ancelesin Skid Row ərazisində — xüsusilə, 5-ci Şərq küçəsində aparılmışdır. Ceksonun o zaman üçün orijinal olan bir ideyası var idi: o, Los-Ancelesin qanqster qrupları olan Crips və Bloodsun üzvlərini klipdə çəkmək istəyirdi. ABŞ-də ən yaxşı rəqs işlərindən biri kimi qeyd edilən klipdə, 80 həqiqi qanqsterlə yanaşı, 18 peşəkar rəqqas və 4 brek-dansçı da çəkilmişdir.Halstead/Cadman (2003), p. 41 Cekson, Peters və Vinsent Patersonla yanaşı, Maykl DeLorenzo, Stoni Cekson, Treysi Qans, Toni Faylds, Piter Tramm, Rik Stoni və Çeril Sonq da rol almışlar.

"Thriller" albomunun ikinci klipi olan "Beat It"in ssenari müəllifi və rejissoru Bob Giraldi, prodüserləri isə GASP prodüser şirkətindən Entoni Peyn və Meri M. Ensayndır. Klipdəki rəqslərin xareoqrafiyası, eyni zamanda klipin iki əsas rəqqası — Maykl Peters və Vinsent Patersona aiddir. Cekson özü də rəqslərin xareoqrafik quruluşunun verilməsində yaxından iştirak etmişdir. "Beat It" is the second video released for the Thriller album. Jackson asked Giraldi, at the time already an established commercial director but who had never directed a music video,

"Beat It" "Thriller" albomundan olan ikinci klipdi. Maykl bu klipin rejissorluğunu o zamana kimi, hələ heç bir klipə rejissorluq etməmiş Giraldiyə həvalə etmişdir. Çünki onun Çikaqodakı "WLS-TV" üçün çəkdiyi və kor cütlüyün həyatından bəhs edən filmini bəyənmişdi. Ozamankı ənənənin əleyhinə olaraq klipdə Brodvey myuzikllarının xoşbəxt həyat tərzi təsvir edilməmişdir. Giraldi bu klipi çəkərkən böyüdüyü Nyu-Cersidəki Paterson şəhərinin həyat tərzindən ilhamlanmışdır.

Klipin ilk nümayişi 31 mart 1983-cü ildə MTV telekanalında keçirilmişdir. Adətən "Billie Jean" və "Beat It" kliplərinin MTV-də yayımlanan afro-amerikalı müğənniyə məxsus ilk kliplər olduğu qeyd edilir. Faktiki olaraq "Beat It" 29 iyul 1983-cü ildən etibarən müntəzəm olaraq yayımlanmağa başlamışdır.Denisoff, p. 142

Klip nahar vaxtı savaş xəbərləri ilə başlayır. Bu səhnə qanqsterlərlə dolu olan kasıb nahar salonunda çəkilmişdir. Qanqsterlər burada mübahisə edərək salonu tərk edir, hər tərəfdən mübahisə olan yerə gəlməyə başlayırlar. Onlardan biri isə kanalizasiya quyusundan çıxır. Növbəti səhnədə öz yatağında uzanaraq vəhşi şiddət haqqında düşünən Cekson görünür. O, qarşıdurma vəziyyətində olan qanqsterlərin həyəcanlı səslərini eşidərək yataqdan qalxır və çölə çıxır. Mübahisə edən qanqsterlərin yanına gedən J. Parks brendindən qırmızı dəri gödəkçə geyinmiş Cekson yolda rəqs edərək irəliləyir. Cekson mübahisənin baş verdiyi yerə çatanda qanqster dəstələrinin iki lideri bıçaq savaşına başlamağa hazırlaşır. Lakin müğənni bunun qarşısını alır və onlar bir yerdə rəqs etməyə başlayırlar. Klip şiddət və zorun problemləri həll etmək üçün çıxış yolu olmaması ilə razılaşan qanqsterlərin Ceksonla birgə rəqs etmələri ilə başa çatır.

Klip bir neçə mükafata layiq görülmüşdür. "American Music Award" klipi "Ən yaxşı pop/rok klip" və "Ən yaxşı soul klip" nominasiyalarında qalib elan etmişdir. Eyni zamanda "Beat It" klipi "Ən yaxşı video performans" nominasiyasında Ceksona "The Black Gold Awards" mükafatı qazandırmışdır. Klip yeddi nominasiyada – "Ən yaxşı klip", "Ən yaxşı kişi performansı", "Ən yaxşı musiqi təqdimatı", "Ən yaxşı ifaçı təqdimatı", "Ən yaxşı xareoqrafiya", "Ən yaxşı video", "Ən yaxşı disko rəqs" nominasiyalarında "The Billboard Video Awards"a layiq görülmüşdür. Həm oxucularının, həm də tənqidçilərin fikrinin əsas tutan "Rolling Stone" dərgisi bu klipə ən yaxşı kliplər arasında birinci yer vermişdir. Klip daha sonra "Klip prodüserlərinin şərəf meydanı"nda () qeyd edilmişdir.

Klip Ceksonun "Video Greatest Hits — HIStory", "HIStory on Film, Volume II", "Number Ones" video albomlarına da daxil edilmişdir. Həmçinin "Thriller 25" və "Michael Jackson's Vision" albomlarında bonus parça kimi təqdim olunmuşdur.

Michael Jackson: The Experience Mahnı "Michael Jackson: The Experience" oyununda da istifadə edilmişdir.

Canlı performanslar