Zair İsaakoviç Azqur (; ) — belorus heykəltəraşı. SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1958). SSRİ xalq rəssamı (1973). Sosialist Əməyi Qəhrəmanı (1978).
Həyat və yaradıcılığı Zair Azqur 15 yanvar 1908-ci ildə Belorusun Molçanı kəndində anadan olub. 1925–1928-ci illərdə Leninqrad Rəssamlıq Akademiyasında, 1928–1929-cu illərdə Kiyev Rəssamlıq İnstitutunda 1929-cu ildə Tbilisi Rəssamlıq Akademiyasında təhsil almışdır. Belorus incəsənətində sosialist realizminin görkəmli nümayəndələrindən biridir. Əsasən portret-büst janrında işləmişdir. "N.F.Qastello" (1942), "M.F.Selnitski" (1943), "F.E.Dzerjinski" əsərlərinin müəllifidir. 1973-cü ildə SSRİ xalq rəssamı adı ilə, 1978-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunmuşdur. Zair Azqur 18 fevral 1995-ci ildə Minsk şəhərində vəfat etmişdir.
Təltif və mükatatları SSRİ xalq rəssamı (1973) Sosialist Əməyi Qəhrəmanı (1978) "Lenin" ordeni (1955, 1978) "Oktyabr inqilabı" ordeni (1971) "Xalqlar Dostluğu" ordeni (1943) "Əmək veteranı" medalı (1982) "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı (1946) "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı (1945) Stalin mükafatı (1946, 1948)
Kateqoriya:Tbilisi Rəssamlıq Akademiyasının məzunları Kateqoriya:Minskdəki Şərq qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Rusiya imperiyası yəhudiləri Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:SSRİ heykəltaraşları Kateqoriya:Belarus aktivistləri