Kouçinq () — insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqları öyrənmə və şəxsi planlı fərdi inkişaf prosesidir.

Həyatlarında müsbət dəyişikliklərə qərar verən insanlar yüksəlmək istədikləri inkişaf pillələrinə çatmaq üçün Kouç () adlanan şəxsi inkişaf müəlliminin müşayiəti ilə ruhi və zehni yolçuluğa başlayırlar.

Kouçinqin əsas məqsədi bu xidməti alan şəxsin () potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin yıxılaraq performansının maksimuma çatdırılmasıdır. Kouçinq prosesinə daxil olan şəxslər həyatlarının, gələcəklərinin, düşüncə, davranış və addımlarının məsuliyyətini öz üzərinə götürərək, daha böyük özünəinam və həvəslə şəxsi həyatlarında nizam-intizam yaratmağa başlayırlar.

Növlər Xüsusiyyətlərdən asılı olaraq kouçinq adətən aşağıdakılara bölünür: Fərdi (və ya Life-coaching) - müştərilərin fərdi, fərdi inkişafı ilə məşğul olur. Biznes kouçinqi - komandaları inkişaf etdirir Executive Coaching - biznes sahibləri, sahibkarlar və top menecerlər üçün Sonuncu növ dəyərli və nüfuzlu yüksək səviyyəli menecerləri, sahibləri və sahibkarları inkişaf etdirməyə, onların potensialını üzə çıxarmağa yönəldilmişdir, beləliklə, dəyişikliklərin kaskad effektinə görə bütün şöbələri, bütöv təşkilatları əhatə edir və bütövlükdə cəmiyyətə təsir göstərir. Daniel Qolemanın fikrincə, ani məmnuniyyəti uzunmüddətli məqsədlərə tabe etmək bacarığı ən vacib psixoloji bacarıqdır. O, təşkilat üçün dəyərli liderlərlə, eləcə də sahiblərlə fərdi işi təmsil edir. Bu tərəfdaşlıqda müştəri və məşqçi işin istiqamətini, çalışdıqları məqsədləri müəyyənləşdirir və əldə edilən nəticələr izlənir ki, kursantlar təşkilat, cəmiyyət üçün o qədər təsirli və faydalı ola bilsinlər, həyata keçirilə və razı qalsınlar. onların işi. həyat.

Tənqidi

Kouçinqin tənqidçiləri adətən onu məhdudiyyətsiz, qayda-qanunsuz, nəzarətsiz, əxalqi kodeksi olmayan psixoterapiya ilə müqayisə edirlər. Dövlət səviyyəsində kouçinq ilə bağlı qayda-qanun olmadığına görə, kouçların böyük hissəsi xüsusi təlim keçməmiş və sertifikat əldə etməmiş fəaliyyət göstərir.

Psixoloq Conatan Passmor (2016):

Kouçinq tanınmış bir müdaxilə vasitəsinə çevrilsə də, təəssüf ki, onun hələ də geniş şəkildə tanınan standartları və ya lisenziyalaşdırma mexanizmləri mövcud deyil. Peşəkar qurumlar öz standartlarını hazırlamağa davam edir, lakin tənzimləmənin olmaması o deməkdir ki, istənilən şəxs özünü kouç adlandıra bilər. <...> Kouçinqin tənzimləmə tələb edən bir peşə, yoxsa sadəcə standartlar tələb edən peşəkar fəaliyyət olduğu məsələsi hələ də müzakirə mövzusudur.

Bu sahənin problemlərindən biri peşəkarlığın, standartların və etikanın səviyyələrini saxlamaqdır. Müəyyən kouçinq qurumların öz daxili etik kodeksləri və üzvləri üçün təsis olunmuş standartları ola bilər. Lakin, həmin qurumlar qanun tərəfindən idarə olunmadığına görə və kouçların üçün həmin qurumlarda üzvlülük icbari olmadığına görə, etika və standartlar bu sahədə bir dəyişkəndir.

125 akademik saatdan ibarət olan kursu, 10 saatlıq kouçinqi keçərək və summativ şəkildə qiymətləndirilərək, Beynəlxalq Kouçinq Federasiyasının sertifikatını əldə etmək olar. Müqayisə üçün, ABŞ-ın Kaliforniya ştatının qanunlarına görə, psixoloji konsultant kimi işləmək üçün, peşəkarın nəzarəti altında azı 3000 saat iş təcrübəsi tələb olunur. Kouçinq sahəsini idarə edən qanunların olmamasına görə isə, ümumiyyətlə heç bir təlimi keçməyən şəxs özünü kouç adlandıra bilər.

Ескертпелер

Mənbə Kouçinq nədir?

Kateqoriya:Fərdi inkişaf Kateqoriya:Pedaqoji psixologiya Kateqoriya:Şəxsiyyətin tərəqqisi Kateqoriya:Peşələr