() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii halda Şimali Amerikada yayılmışdır. Krımda və Qafqazın Qara dəniz sahillərində təsadüf edilir. Boyu 40 m olan, konusvarı çətirə malik, ensiz-piramida formalı, şaxələnmiş qamətli ağacdır. Gövdəsinin qabığı qalın, bəzən nazik, dərin və ya zəif yarıqlı, əsasən qırmızı-qonur, bəzən qonur, uzun qatlarla açılır. Zoğları bir sahədə inkişaf etmiş, hamar, çox vaxt uzun, sallaqdır. İynəyarpaqları qabıqşəkilli, xaçşəkilli, zoğlara möhkəm yapışmış, kənarları bütöv və ya dişli, qabarıq, vəziciklidir. Yayda iynəyarpaqların rəngi yaşıl, mavi, qızılı, qızılı-alabəzək və gümüşü-alabəzək olur. Payızda iynəyarpaqların rəngi dəyişmir. Qozaları xırda, şarşəkilli olub, diametri təxminən 1 sm, qabıqları 6-8 ədəd, onlardan yuxarıdakı 2 qabıq digərlərindən iridir. Uzunömürlü olub, 500 ilə kimi yaşayır. İşıqsevən, torpağa az tələbkar, quraqlığa, soyuğa davamlıdır, ancaq sərt qışda dona da bilər. Gillicə torpaqlarda yaxşı bitir. Qumlu torpaqlara davamlıdır.

Abşeronda bəzək memarlığı əsasında yol kənarlarının yaşıllaşdırılmasında istifadə olunur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1824-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Hindi mədəniyyəti Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər