— 5pb. və Nitroplus şirkətləri tərəfindən yaradılmış videooyun franşizi. Franşiz hazırda beş əsas vizual romandan ibarətdir: "Chaos;Head", "Steins;Gate", "Robotics;Notes", "Chaos;Child" və "Steins;Gate 0". Hər bir vizual roman əsasında sikvellər, spin-offlar, eləcə də, anime və manqalar istehsal olunmuşdur.

Seriya

Chaos;Head

franşizin ilk oyunudur, 2008-ci ilin aprelində Microsoft Windows üçün buraxılmışdır. kimi təsvir edilmişdir. Hadisələr 2009-cu ildə baş verir. Takumi Nişico adlı hikikomorinin bir neçə qətlin arasında qalmasından bəhs edir.

Oyun Chaos;Head (PC, 2008) Chaos;Head Noah (Xbox 360, PlayStation Portable, iOS, Android, PlayStation 3, 2009) - Daha yaxşı qrafiklərə və əlavə sonluqlara malik oyun. Chaos;Head Love Chu Chu! (Xbox 360, PSP, PS3, 2010) - Romantik komediya janrında olan spin-off oyunu. Chaos;Head Dual (PlayStation Vita, 2014) - Chaos;Head Noah və Chaos;Head Love Chu Chu! oyunlarının daxil edildiyi vahid oyun.

Manqa Chaos;Head - Sumiheyin rəssamlığı 2008-ci ilin mayından 2009-cu ilin mayına kimi ASCII Media Works nəşriyyatının "Dengeki Daioh" jurnalında nəşr olunmuşdur. Chaos;Head: Blue Complex - Naqako Sakakinin rəssamlığı ilə 2008-ci ilin avqustundan Media Factory nəşriyyatının "Monthly Comic Alive" jurnalında nəşr olunur. Chaos;Head H - Takehito Mizukinin rəssamlığı 2008-ci ilin sentyabrından Jive nəşriyyatının "Comic Rush" jurnalında nəşr olunur.

Anime

Madhouse tərəfindən istehsal olunmuş və 2008-ci ilin oktyabrından dekabrına qədər yayımlanmış anime serialı adaptasiyasıdır. Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmışdır.

Steins;Gate

franşizin ikinci oyundur. 2009-cu ilin oktyabrında Xbox 360 üçün buraxılmışdır. kimi təsvir edilmişdir. Hadisələr 2010-cu ildə baş verir. Özünü çılğın elm adamı adlandıran Okabe Rintaronun mikrodalğalı soba və telefon vasitəsilə keçmişə mesajlar göndərməsindən bəhs edir.

Oyun Steins;Gate (Xbox 360, PC, PSP, PS3, PlayStation Vita, iOS, Android, 2009) Steins;Gate: Hiyoku Renri no Darling (Xbox 360, PSP, PS3, Vita, iOS, 2011) - Oyunun komediya janrındakı spin-offu. Steins;Gate: Henikuukan no Octet (PC) - 8-bit qrafiklərdən istifadə olunmuş versiyası. Steins;Gate: Senkei Kōsoku no Phenogram (Xbox 360, PS3, Vita, 2013) - müxtəlif baxış bucaqlarından alternativ hekayələrə malik spin-off. Steins;Gate 0 (PS3, PS4, Vita, 2015) - sikvel.

Manqa Steins;Gate - Saraçi Yominin rəssamlığı ilə 2009-cu ilin sentyabrından Media Factory nəşriyyatının "Monthly Comic Alive" jurnalında nəşr olunur. Steins;Gate: Bōkan no Rebellion - Kenci Mizutanın yazıçılığı və rəssamlığı ilə 2010-cu ilin fevralında Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunur. Steins;Gate: Onshuu no Brownian Motion - Takeşi Mizoquçinin yazıçılığı və rəssamlığı ilə 2010-cu ilin iyulundan Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" jurnalında nəşr olunur. Steins;Gate: Shijō Saikyō no Slight Fever - Yuzuhana Moritanın yazıçılığı və rəssamlığı ilə 2011-ci ilin fevralından Kadokawa Shoten nəşriyyatının "Comptiq" və "Monthly Shōnen Ace" jurnallarında nəşr olunur. Steins;Gate: Aishin Meizu no Babel - Şiniçiro Nariyenin yazıçılığı və rəssamlığı ilə 2012-ci ilin mayından Shueisha nəşriyyatının "Ultra Jump" jurnalında nəşr olunur. Steins;Gate: Fuka Ryōiki no Déjà vu - Reki Kuqayamanın rəssamlığı ilə 2013-cü ilin mayından noyabrına qədər Kadokawa Shoten nəşriyyatının Shōnen Ace jurnalında nəşr olunmuşdur. Steins;Gate: Mugen Enten no Arc Light - 2014-cü ilin aprelindən sentyabrına qədər "Ultra Jump" jurnalında nəşr olunmuşdur.

Anime

White Fox tərəfindən istehsal olunmuş anime adaptasiyası 2011-ci ilin aprelindən sentyabrına qədər yayımlanmış, 2012-ci ilin fevralında OVA seriyası buraxılmışdır. Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmışdır. "Steins;Gate: Fuka Ryōiki no Déjà vu" adlı anime filmi 20 aprel 2013-cü ildə ekranlaşdırılmışdır. 2014-cü ilin oktyabrında IBM-in əməkdaşlığı ilə "Steins;Gate: Sōmei Eichi no Cognitive Computing" adlı ONA seriyası yayımlanmışdır. "Steins;Gate 0" əsasında anime serialının çəkiləcəyi açıqlanmışdır.

Robotics;Notes

franşizin 3-cü oyunudur. 2012-ci ilin iyununda Xbox 360 və PlayStation 3 platformaları üçün buraxılmışdır. kimi təsvir edilmişdir. Hadisələr 2019-cu ildə baş verir. Kayto Yaşio və uşaqlıq dostu Akiho Senomiyanın robototexnika klubunun arzusunu gerçəkləşdirib nəhəng robot düzəltmək arzusundan bəhs edir.

Oyun Robotics;Notes (Xbox 360, PS3, Vita, 2013)

Manqa Robotics;Notes - Keyci Asakavanın rəssamlığı ilə 2012-ci ilin martından "Monthly Comic Blade" jurnalında nəşr olunur. Robotics;Notes Phantom Snow - Qonun rəssamlığı ilə 2012-ci ilin iyulundan "Famitsu Comic Clear" jurnalında nəşr olunur. Robotics;Notes Revival Legacy - Tatsuya Şihiranın rəssamlığı ilə 2012-ci ilin sentyabrından "Ultra Jump" jurnalında nəşr olunur. Robotics;Notes Dream Seeker - Tsuzuri Yunonun rəssamlığı ilə 2012-ci ilin oktyabrından Square Enix nəşriyyatının "Monthly Shōnen Gangan" jurnalında nəşr olunur. Robotics;Notes Side Junna: Chiisana Natsu no Monogatari - NB-nin rəssamlığı ilə 2012-ci ilin noyabrından "Shōnen Ace" jurnalında nəşr olunur. Robotics;Notes Pleiades Ambition - Tokumo Soranın rəssamlığı ilə 2012-ci ilin noyabrından "Monthly Comic Alive" jurnalında nəşr olunur.

Anime

Production I.G tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 2012-ci ilin oktyabrından 2013-cü ilin martına kimi Fuji TV kanalının NoitaminA blokunda yayımlanmışdır. Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmışdır.

Chaos;Child

franşizin 4-cü oyunudur. Hadisələr 2015-ci ildə baş verir. kimi təsvir edilmişdir. 18 dekabr 2014-cü ildə Xbox One üçün buraxılmışdır. 25 iyun 2015-ci ildə PlayStation 3, PlayStation 4, və PlayStation Vita platformaları üçün,2014-05-26, Mages Supporting Xbox One With Chaos;Child , Siliconera 2016-cı ilin aprelində PC üçün buraxılmışdır. Anime adaptasiyası anons edilmişdir.

Oyun Chaos;Child Love Chu Chu‼ (2017) - spin-off oyunu.

Digər oyunlarda "Steins;Gate" personajları Kurisu Makise və Mayuri Şiina Nendoroid-ə əsaslanan "Nendoroid Generation" oyununda peyda olmuşdurlar. Oyun Banpresto tərəfindən 23 fevral 2012-ci ildə PlayStation Portable platforması üçün ildə buraxılmışdır. Kurisu və "Chaos;Head" personajı Rimi Sakihata 2 iyun 2011-ci ildə Xbox 230 üçün buraxılmış "Phantom Breaker" oyununda oynanıla bilən personajlardır.

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:Nitroplus Kateqoriya:5pb. Kateqoriya:Elmi fantastika videooyunları Kateqoriya:Videooyun franşizaları