Paula Pareto (16 yanvar 1986, San Fernando, Buenos-Ayres vilayəti, Argentina) — Super yüngül çəki dərəcəsində (-48 kq.) çıxış edən Argentinalı cüdoçu. Olimpiya çempionu.

Karyerası 2008-ci ildə Çinin paytaxtı Pekində keçirilən Yay Olimpiya Oyunlarında -48 kq. çəki dərəcəsində çıxış edərək bürünc medal qazandı. O bürünc medal yarışında KXDR təmsil edən Pak Ok Sonu məğlub edərək ilk olimpiya mükafatına yiyələndi.

2012-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda özünün sayca ikinci olan olimpiya oyunlarında iştirak etdi, amma bürünc medal oyununda Belçikanı təmsil edən cüdoçu Şarlin Van Snikə məğlub olaraq 5-ci yerlə kifayətlənməli oldu.

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları Paula Pareto üçün əlamətdar oldu. Beləliklə, finalda Cənubi Koreyalı cüdoçu Çon Bo Kyonu məğlub edərək qızıl medalı qazandı. Kateqoriya:Cüdo üzrə dünya çempionları Kateqoriya:İtalyanəsilli argentinalılar Kateqoriya:2008 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:2007 Pan Amerika Oyunlarının medalçıları Kateqoriya:2011 Pan Amerika Oyunlarının medalçıları Kateqoriya:2015 Pan Amerika Oyunlarının medalçıları Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında cüdoçular