Federiko Qarsiya Lorka (; ) — İspaniya şairi, rəssamı, pionisti və bəstəkarı. O, İspaniya vətəndaş müharibəsinin başlanğıcında 38 yaşında olarkən milliyətçilər tərəfindən öldürülmüşdür.

Həyatı 1898-ci ildə, İspaniyanın Qranada bölgəsindəki Fuente Vaqueros şəhərində doğulan Lorka, əsrin ən böyük iki ispan şairindən biri olaraq qəbul edilir. Lorkanın müvəffəqiyyətində uşaqlığının böyük payı vardır. Qranada nın Fuentevaqueros qəsəbəsində, varlı bir ailənin uşağı olaraq dünyaya gələn Lorkanın atası şən bir adam; anası isə səssiz və ciddi bir qadın idi. 1928-ci ildə yazdığı "Romancero Gitano" (Qaraçı Balad) ilə şöhrət qazanan Lorka, Salvador Dali ilə birlikdə İspaniyanın çağdaşlaşması üçün çalışan sənət adamlarından biri olmuşdur.

Şeirdə, siyasətdə və əxlaq anlayışında müasirliyin müdafiəçisi olan Lorka homoseksual olduğu üçün Katolik kilsəsi ilə münaqişədə idi. 1918-ci ildə, burjuaziya sinfini, yer üzünü şeirlə doldurmuş olan İsanı qətl etməklə günahlandıran Lorka, keçdiyimiz günlərdə gəlmiş keçmiş ən müvəffəqiyyətli ədəbiyyat əsəri seçilən Migel de Servantesin bir İsa fiquru olaraq ələ salanlara qatılır. Lorka İsanın həm qətlini qınayar, həm də qanının axmalı olduğunu ifadə edir.

Şeirlə yanaşı teatr üçün yazdığı və səhnələşdirdiyi dram əsərləri də məşhur olan Lorka, Qanlı Toy (Bodas de sangre, 1931), Yerma (1934), Bernarda Albanın evi kimi dramlarıda uğurlu nəticə göstərmiş; ölüm - həyat, sonsuzluq kimi ziddiyyətlər arasındakı enişli-yoxuşlu xətti vurğulamışdır.

19 avqust 1936-cı ildə doğulduğu bölgədə Frankonun adamları tərəfindən öldürülən Lorka, beynəlxalq ictimaiyyətdə - xüsusilə də bir dövr yaşadığı Argentinada olduqca böyük bir yas və öldürülməsinə verilən reaksiya ilə - peşə sahəsində ideallaşmış, hörmətli lakin marjinal bir ədəbiyyat adamı olaraq xatırlanır.

Əsərləri Şeir Impresiones y paisajes (1918) Poema del cante jondo (1921) Libro de poemas (1921) Oda a Salvador Dali (1926) Canción de jinete (1927) Primer romancero gitano (1928) Poeta en Nueva York Llanto por Ignacio Sánchez Mejías (1935) Seis poemas gallegos (1935) Diván del Tamarit ( 1936) Sonetos del amor oscuro (1936) Primeras canciones (1936)

Teatr El maleficio de la mariposa (1919–1920) Los Títeres de Cachiporra (1922–1925) Mariana Pineda (1923–1925) La zapatera prodigiosa (1926–1930) Amor de Don Perlimplín con Belisa en su jardín (1928–1933) El público (The Public, 1929–1930) Así que pasen cinco años (1931) Retablillo de Don Cristóbal (1931) Bodas de Sangre (1931) Yerma (1934) Doña Rosita la soltera (1935) Comedia sin título (1935) (yarım) La casa de Bernarda Alba

Səhnəciklər El paseo de Buster Keaton (1928) La doncella, el marinero y el estudiante (1928) Quimera (1928)

Ssenari Viaje a la luna (Trip to the Moon, 1929)

İstinadlar

Kateqoriya:İspaniya şairləri Kateqoriya:İspaniya dramaturqları Kateqoriya:İspaniyada LGBT şəxslər Kateqoriya:Qətl qurbanları Kateqoriya:XX əsr şairləri Kateqoriya:LGBT yazıçılar Kateqoriya:Dramlar Kateqoriya:Sonetyerlər