— Yaponiyanın Kanto regionunun şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 1 noyabr 1994-cü ildə qurulmuşdur.
2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 156,619 nəfərdir, hər km² ərazidə 1570 nəfər yaşayır. Şəhərin sahəsi 99,83 km²-dir. "Hiraqana şəhəri"dir, adı kanci ilə deyil, hiraqana hecaları ilə yazılmışdır.
Tarix 1 aprel 1889-cu ildə bələdiyyə sisteminin işə düşməsindən sonra Nara qəzasının tərkibində Hirayso və Minato qəsəbələri, eləcə də, Katsuta kəndi yaradılmışdır. 1938-ci ildə Minato qəsəbəsinin adı dəyişdirilərək Nakaminato olmuşdur. 1940-cı ildə Katsuta kəndinə qəsəbə statusu verilmişdir. İkinci dünya müharibəsində bölgədə silah istehsal edən xeyli müəssisə yerləşdiyindən tez-tez hava bombardımanlarına məruz qalmışdır. 31 mart 1954-cü ildə Nakaminato və Hirayso qəsəbələri birləşdirilmiş və Nakaminato şəhəri yaradılmışdır. Həmin ilin 1 noyabrında Katsuta qəsəbəsinə şəhər statusu verilmişdir. 1 noyabr 1994-cü ildə bu iki şəhər birləşdirilərək indiki Hitaçinaka şəhəri yaradılmışdır.
Coğrafiya Şəhər Yaponiyanın Honşu adasında, Kanto regionunun İbaraki prefekturasının mərkəzində yerləşir. Şərqdən Sakir okeana çıxışı var.
Həmsərhəd bələdiyyələr İbaraki prefekturası Tokay Naka Mito Oaray
Əhali 2015-ci ilin məlumatına görə şəhərin əhalisi nəfərdir, hər km² ərazidə nəfər yaşayır.
İqtisadiyyat Şəhər Hitachi şirkəti üçün şirkət şəhəri hesab olunur. Bundan əlavə, balıqçılıq, kənd təsərrüfatı və mövsümi turizm də şəhərin iqtisadiyyatında ikinci dərəcəli rol oynayır.
Təhsil Hitaçinaka şəhərində 20 ibtidai məktəb, 9 orta məktəb və 5 lisey var. Bundan əlavə, şəhərdə bir texniki institut və bir xüsusi məktəb var.
Nəqliyyat thumb|İbaraki xəritəsində. Dəmiryolu JR East — Coban xətti Katsuta - Sava Hitaçinaka dənizkənarı dəmiryolu — Minato xətti Hitaçi-Aoyaqi - Tsuda JR East — Suyqun xətti Katsuta - Nikkomae - Kaneaqe - Nakane - Takadano-tekkyo - Nakaminato - Tonoyama - Hirayso - İsozaki - Aciqaura
Avtomobil Yaponiya Milli Yolu 6 Yaponiya Milli Yolu 245 Hitaçinaka yolu Hiqaşi-Mito yolu
Görməli yerlər Hitaçi Dənizkənarı Parkı Hitaçi Şəhər Stadionu Hitaçinaka Beyzbol Stadionu Aciqaura çimərliyi Hirayso çimərliyi Torazuka kofunu
Tədbirlər Yaponiya festivalında daş
Simvolika Şəhərin simvolik ağacı ikidilim ginkqo, simvolik gülü hamaqiku, simvolik quşu Horornis diphone hesab olunur.
Qardaş şəhərlər Nasuşiobara İşinomaki
Tanınmış şəxslər Natsuo Yamaquçi (siyasətçi) Kentaro Şiqa (güləşçi) Ouçiyama Heykiçi (sumo güləşçisi)
Qalereya
İstinadlar
Xarici keçidlər
Rəsmi saytı
Həmçinin bax
Kateqoriya:İbaraki prefekturasının şəhərləri Kateqoriya:Yaponiyanın liman şəhərləri