Çölyak kötüyü () yaxud qarın kötüyü — (yunanca koila sözündən götürülmüş mənası qarınboşluğu deməkdir) məməli heyvanlarda qarın aortasından ayrılan üç tək arteriyalardan birincisi olub xüsusən insanda XII döş və ya I bel fəqərəsi, diafraqmanın aorta dəliyi — səviyyəsindən, qarın aortasının ön səthindən başlanğıc götürərək qarın boşluğuna daxil olur. Qarın kötüyü 1–2 santimetrdir. Bu damar başlayan kimi üç şaxəyə bölünür, () ona görə buna qabaqlar üçayaq () deyilirdi.

Təchizat etdiyi nahiyələr — mədənin sol arteriyası — yuxarı və sol tərəfə mədəningirəcəyinə doğru gedir, sonra onun ikinci əyriliyi ilə sağa qayıdır mədənin ön və dal divarlarına şaxələnir. Bu damar mədə girəcəyilə bərabər qidaborusunun aşağı hissəsinə şaxələnir. Qidaborusu şaxələri — qidaborusunun digər arteriyaları ilə anastomozlaşırlar. — dalaq arteriyası — qarın kötüyünün ən böyük şaxəsidir. Pankreasın yuxarı kənarının arxa tərəfilə sağdan sola doğru gedir və dalağın qapısına çatdıqdaüç şaxələrə bölünür. Bu damar qıvrımdır və özü də pankreasa, mədə dibinə və dalağa şaxələr verərək onları qidalandırır. — arxa aşağı və böyük mədəaltı vəzi şaxələri — mədənin qısa arteriyası Arteria gastrica posterior (mədənin dal arteriyası) — sol mədə-piylik arteriyası mədənin böyük əyriliyi ilə soldan sağa doğru gedərək — sağ mədə-piylik arteriyası ilə anastomozlaşır. — qaraciyərin ümumi arteriyası qarın kötüyündən başlayaraq sağa doğru bir az getdikdən sonra mədə çıxacağının arxasında üç şaxəyə bölünür. — xüsusi qaraciyər arteriyası — mədənin sağ arteriyası — sağ və sol qaraciyər arteriyaları Arteria cystica (öd kisəsi arteriyası) — mədə onikibarmaq bağırsaq arteriyası Arteria gastroepiploica dextra (mədənin sağ şəbəkə arteriyası) Arteria pancreaticoduodenalis superior (yuxarı mədəaltı vəzi-onikibarmaq bağırsaq arteriyası) Arteria pancreaticoduodenalis superior anterior (yuxarı ön mədəaltı-onikibarmaq bağırsaq arteriyası) Arteria pancreaticoduodenalis superior posterior (yuxarı dal mədəaltı-onikibarmaq bağırsaq arteriyası)

Kateqoriya:Məməlilər Kateqoriya:Qarın arteriyaları