Mozambik metikalı — Mozambik dövlətinin pul vahididir.
Pul mübadiləsində 20, 50, 100, 200, 500 və 1000 metikallıq əsginaslardan, 1, 5, 10, 20 və 50 sentavoluq, 1, 2, 5 və 10 metikallıq sikkələrdən daha çox istifadə olunur.
Tarixi
Köhnə metikal (MZM) Metikal (MZM) 1980-ci ilin iyunun 16-sından eskudonu əvəz etmişdir. Metikal hiperinflyasiyaya məruz qaldı və bir müddət təxminən mübadilə kursuyla 24 500 metikal bir Amerika dollarına (USD) bərabər idi və dünyada ən az qiymətli valyuta ünvanına sahib olmuşdur. Bu titul 2005-ci ilin avqust ayından Zimbabve dollarına ötürüldü.
Yeni metikal (MZN) 1 iyul 2006-cı ildə Mozambik məzənnə ilə 1000:1 nisbətində denominasiya edən metikala keçdi. ISO 4217-də metikalın yeni kodu MZN qəbul edilmişdir. Yeni əsginaslar və sikkələr 1 iyul 2006-cı il tarixində təqdim edilmişdi. Keçid dövrü zamanı həm köhnə, həm də yeni valyutadan mübadilədə istifadə olunurdu. 31 dekabr 2006-cı ildə keçid dövrü başa çatdı. Yeni metikallar üçün həmin dövrdə MTn ixtisarından istifadə olunurdu. Sonradan MT ixtisarından yenidən istifadə olunmağa başladı.
Köhnə metikal 31 dekabr 2012-ci ilə qədər Mozambik Mərkəzi Bankı tərəfindən qəbul edilmişdir.
Əsginaslar 1994—2006-cı illər arasında inflyasiya ildə minlərlə faiz təşkil edirdi. Hətta 1994-cü ildə 500 000 nominallı metikal əsginası buraxılmışdı.
2006—2011-ci il seriyası nümunələri Dövriyyədə 2006 və 2011-ci il buraxılışlı 20, 50, 100, 200, 500 və 1000 metikallıq əsginaslardan istifadə olunur. 2006-cı il seriyası Təsvir Nominal(metikal) Ölçü(mm) Əsasrənglər Təsvir Möhürili Аvers Revers Avers Revers <big>20 141×65 bənövşəyi,çəhrayı Maşela Somorun portreti kərgədanlar 20062011 <big>50 144×65 qəhvəyi,sarı Böyük kudu <big>100 147×65 qırmızı,çəhrayı zürafə <big>200 150×65 göy,yaşıl şir <big>500 153×65 qəhvəyi,qırmızı camışlar <big>1000 156×65 yaşıl,mavi Afrika savanna fili+
Əsginasların rəsmiləşdirilməsi onu göstərir ki, 2011-ci il seriyası 2006-cı il seriyasını tamamilə təkrarlayır. Yalnız 20, 50 və 100 metikallıq əsginaslar plastik kütlədən hazırlanmışdır. Seriya əsginasları 2006-cı il köhnəlmə müddətində mübadilədən götürüləcəkdir.
Valyuta məzənnəsi rejimi
İstinadlar
Xarici keçidlər http://newafrica.ru/anonses/tourism/news/070206_moz.htm
Kateqoriya:Afrika valyutaları Kateqoriya:Əlifba sırasına görə pul vahidləri Kateqoriya:Mozambik pulları