Valeri Timoxin () — Azərbaycanı təmsil edən stend atıcısı, məşqçi.
Karyerası Valeri Timoxin SSRİ bayrağı altında əvvəl 1984-cü ildə İspaniyanın Saraqosa şəhərində, sonra isə 1987-ci ildə Finlandiyanın Lahti şəhərində baş tutan Avropa Çempionatlarında stend atıcığı üzrə turnirlərdə bürünc medallara sahib oldu. Komanda turnirlərində Valeri Timoxin 1986-cı ildə Dünya Çempionatını bürünc, 1989 və 1990-cı illərdə isə Dünya Çempionatlarını gümüş medallarla başa vurdu.
Valeri Timoxin Sovet İttifaqını 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. Turnirin nəticələrinə əsasən Valeri Timoxin olimpiadanı 196 xalla 52 idmançı sırasında 11-ci pillədə başa vurdu.
Azərbaycan SSR Prezidenti Ayaz Mütəllibovun 31 yanvar 1991-ci il tarixli 152 nömrəli Fərmanına Valeri Vasilyeviç Timoxin Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edildi.
1992-ci ildə isə Valeri Timoxin Birləşmiş Komandanı İspaniyanın Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil etdi. Bu səfər Valeri Timoxin olimpiadanı 145 xalla 60 idmançı sırasında 25-ci pillədə başa vurdu. SSRİ-nin dağılmasından sonra Valeri Timoxin beynəlxalq turnirlərdə Azərbaycanı təmsil etdi.
Valeri Timoxin Azərbaycan bayrağı altında 1995-ci ildə Kiprda baş tutan Dünya Çempionatında stend atıcığı turnirində gümüş medalın sahibi oldu.
Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Valeri Vasiliyeviç Timoxin "Tərəqqi" medalı ilə təltif edildi.
Valeri Timoxin Azərbaycanı 1996-cı ildə Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil etdi. Stend atıcılığı turnirində çıxış edən Timoxin təsnifat mərhələsinin nəticələrinə əsasən 116 xalla 54 idmançı sırasında 38-ci pillənin sahibi oldu və olimpiada da mübarizəsini dayandırdı.
Valeri Timoxin 1996-cı ildə idmanla vidalaşdı. Karyerasını başa vurandan sonra məşqçi olaraq çalışdı.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi atıcıları Kateqoriya:Azərbaycanın olimpiya atıcıları Kateqoriya:1988 Yay Olimpiya Oyunlarında atıcılar Kateqoriya:1992 Yay Olimpiya Oyunlarında atıcılar Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında atıcılar Kateqoriya:Atıcılıq üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Atıcılıq üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Beynəlxalq dərəcəli SSRİ idman ustaları