— Makoto Şinkay tərəfindən yazılmış Yaponiya romanı. Roman Makoto Şinkayın rejissoru olduğu "Sənin adın" anime filmi üçün ilham mənbəyi rolu oynamışdır. Yaponiyada 18 iyun 2016-cı ildə Kadokawa nəşriyyatı nəşr olunmuşdur.
Bundan əlavə, Arato Kano tərəfindən filmin yan personajlarından bəhs edən "Sənin adın. Digər tərəf: Yer əlaqəsi" adlı spin-off romanı da yazılmışdır. Romanın üzlüyünü Masayoşi Tanaka hazırlamış, illüstrasiyaları Hiyori Asahikava çəkmişdir.
Qəbul 16 oktyabr 2016-cı ilə qədər romanın 1.009.000 nüsxəsi satılmışdır. Roman ardıcıl səkkiz həftə Oricon-un bunko kitab çartında birinci yerdə qalmışdır. Roman 1 milyondan çox nüsxə satmış 34-cü bunko kitabdır.
"Sənin adın. Digər tərəf: Yer əlaqəsi" spin-off romanı isə ümumilikdə 207.000 nüsxə satmışdır.
İstinadlar
Həmçinin bax Your Name (albom) – anime filmi üçün Radwimps rok qrupu tərəfindən bəstələnən saundtrek albomu.
Xarici keçidlər Romanın elektron versiyası
Kateqoriya:2016-cı ilin Yaponiya romanları Kateqoriya:Filmlərə adaptasiya olunmuş Yaponiya romanları Kateqoriya:Yaponiya elmi fantastika romanları Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Kadokawa Corporation Kateqoriya:Seynen manqaları