thumb|Kventin Tarantino San Diego Comic-Con International festivalında Kventin Tarantino — ABŞ kinorejissoru, prodüser, ssenarist və aktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi. 1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur. "Quduz köpəklər"in təsir qüvvəsi böyük olduğuna görə, "Empire" kino jurnalı bu filmi "Bütün zamanların ən böyük müstəqil filmi" elan edib. Tarantinonun Toni Skottun "Əsl sevgi" (1993) filminə yazdığı ssenari Ən yaxşı ssenariyə görə Saturn mükafatına namizəd olub.
1994-cü ildə Kventin Tarantino neonuar janrında "Kriminal qiraət" qara komediya filminin həm ssenaristi, həm də rejissoru kimi çıxış edir. Bu film onun yaradıcılığında tənqidi və kommersiya baxımından ən böyük uğur qazanan iş olur. Kütləvi informasiya vasitələri bu filmin müasir Hollivudun açıqlamasını verdiyini qeyd edirdi. Tarantino bu filminə görə Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatına layiq görüldü və Ən yaxşı rejissor işinə görə Oskar mükafatına namizəd göstərildi. 1994-cü ildə, eləcə də, rejissor Rocer Everinin "Zoeni öldürmək" filminin icraçı prodüseri olur və digər iki film üçün ssenari yazır. Növbəti il Tarantino "Dörd otaq" kinoalmanaxında "Hollivudlu kişi" qısametrajlı filminə rejissorluq edir və "ER" televiziya serialının "Analıq" bölümündə iştirak edir. O, Robert Rodrigesin "Qürubdan şəfəqə" (1996) filminin ssenari müəlliflərindən biri kimi çıxış edir. Onların arasında uzun sürən əməkdaşlıq kult səviyyəyə gəlib çatmış və davamlı şəkil almışdır. Onlar hətta icraçı prodüser kimi də fəaliyyət göstərmişdilər. Tarantinonun növbəti cəsarətli filmləri "Ceki Braun" (1997) və "Billi öldürmək" (2003–2004) kino tənqidçilərinin xüsusi rəğbətinə səbəb olur. İki filmdən ibarət olan "Billi öldürmək" döyüş filmi, onu öldürməyə çalışan keçmiş həmkarlarından qisas almaq istəyən qatil haqqındadır.
Kventin Tarantino eləcə də "CSI: Cinayət səhnəsinin istintaqı" televiziya serialının "Ciddi təhlükə" bölümünə rejissorluq edib. Bu fəaliyyəti sayəsində rejissor Dram janrlı teleserialda ən yaxşı ən yaxşı rejissor işinə görə "Emmi" mükafatına namizəd olub. O, Frenk Millet və Robert Rodrigesin "Günahlar şəhəri" (2005) filmində dəvət olunmuş rejissor kimi səhnələrin birinə quruluş verib. Tarantino ilə Rodriges sonralar "Qrayndhaus" (2007) layihəsində birgə əməkdaşlıq etmişlər. O, həmin layihə çərçivəsində "Ölümün sübutu" filmini lentə almışdır. Ardınca rejissor 2009-cu ildə "Şərəfsiz əclaflar" hərbi filmini ərsəyə gətirir. Film düşünülmüş süjet əsasında İkinci Dünya müharibəsi zamanı Üçüncü Reyxin Fransanı işğal etməsindən bəhs edir. Tənqidi və ticari baxımdan uğurlu olan film 82-ci Oskar mükafatının təqdimetmə mərasimində Ən yaxşı rejissor işinə və Ən yaxşı orijinal ssenariyə görə bu mükafata namizəd olub. Kventin Tarantinonun ən böyük ticari uğuru 2012-ci ildə çəkdiyi "Azad olunmuş Canqo" vestern filmi ilə əldə edilir. Ekran əsəri bütün dünya üzrə 425.4 milyon $ gəlir gətirir. Bu film ona həm də Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatı qazandırır. Bu işlərin ardınca rejissor öz ssenarisi əsasında daha bir uğurlu vestern olan "Çirkin səkkizlik" (2015) filmini çəkir. Filmin ssenarisi həmin il BAFTA və "Qızıl Qlobus" mükafatlarına namizəd olub.
Kino thumb|Tarantino 2013-cü ilin yanvarında Parisdə. "Azad olunmuş Canqo" filminin Fransa premyerası thumb|Tarantino 2009-cu ildə Filmin adı Orijinal adı İl Vəzifə Qeydlər Rejissor Ssenarist Prodüser Aktyor Rol Ən yaxşı dostumun doğum günü 1987 həmçinin icraçı prodüser; qısametrajlı film Keçmiş gecəyarı 1991 — əlaqələndirici prodüser Eddi Presli 1992 xəstəxana bələdçisi epizod Quduz köpəklər 1992 Əsl sevgi 1993 — Koriolis effekti 1994 (səs) epizod Kriminal qiraət 1994 Amansız qatillər (film, 1994) 1994 — əhvalat Bu Petdir 1994 — titrlərdə yoxdur Sevmək üçün kimsə 1994 barmen Mənimlə yat 1994 Sid epizod Zoeni öldürmək 1994 — icraçı prodüser Sevginin sonunadək mənimlə rəqs et 1995 oğlan qısametrajlı film Dörd otaq 1995 "Hollivudlu oğlan" bölümü (); həmçinin icraçı prodüser Fədakar 1995 lətifə danışan oğlan epizod Destini radionu qoşur 1995 Qırmızı axın 1995 — titrlərdə yoxdur Qaya 1996 — titrlərdə yoxdur 6 nömrəli qız 1996 baş direktor Qürubdan şəfəqə 1996 icraçı prodüser Qatı qan 1996 futaj arxivi Ceki Braun 1997 avtomatik cavablandırma qurğusundakı səs (səsləndirmə) icraçı prodüser Tanrı "Ha!" dedi 1998 — icraçı prodüser Qürubdan şəfəqə 2: Texasın qanlı pulları 1999 icraçı prodüser Qürubdan şəfəqə 2: Cəlladın qızı 1999 — icraçı prodüser Balaca Nikki 2000 kor keşişepizod Billi öldürmək 1 200388 dəlidən biri Billi öldürmək 2 2004 — Mənim adım Təvazökardır 2004 — icraçı prodüser Günahlar şəhəri 2005 —dəvət olunmuş rejissor Mappetsin Oz şəhərinin sehrbazı 2005özü, Kermitin yanındakı şəxsepizod Doltri Kelhun 2005 — icraçı prodüser Hostel 2005 — icraçı prodüser Azadlığın qəzəbi 2006 — icraçı prodüser köməkçisiQrayndhaus 2007barmen Uorren"Ölümün sübutu" bölümü ()həmçinin operator Sukiyaki Vestern Canqo 2007 Pirinqo epizod Hostel 2 2007 — icraçı prodüserQorxu planeti 20071-ci təcavüzkarÖlülərin gündəliyi 2007xəbər aparıcısı (səs)epizod Cəhənnəm gəzintisi 2008 — icraçı prodüser Hollivud sakit deyil: Vəhşi, nəql edilməmiş Ozployteyşn! 2008 özü sənədli Şərəfsiz əclaflar 2009 baş dərisi soyulmuş birinci qurbanAmerika əsgəri İşçi adı:"Xalqın fəxri" () Bütün satışlar üzrə ən böyük film 2011özüsənədli Azad olunmuş Canqo 2012LeKint Dikkinin işçisiBöyük Atanın dəstəsinin üzvü O, bu cür məzəlidir 2014 Özüepizod Çirkin səkkizlik 2015 hekayəçi titrlərdə yoxdur Bir dəfə Hollivudda 2019 hekayəçi titrlərdə yoxdur
Televiziya Şounun adı Orijinal adı İl Vəzifə Qeydlər Rejissor Ssenarist Aktyor Rol Qızıl qızlar 1988 Elvis Preslinin imitasiyası Bölüm: "Sofiyanın toyu (1-ci hissə)" () Bütün amerikalı qızlar 1995 Dezmond Bölüm: "Yüngül sitkom" () Şənbə gecəsinin canlı yayımı 1995 ev sahibi Bölüm: "Kventin Tarantino / Heyranedici balqabaqlar" () Təcili yardım otağı 1995 — Episode: "Analıq" () Uydurma ad 2002–2004 Makkenas Koul 4 bölüm Dak Docers 2005 Molox (səs) Bölüm: "Usta və bədbəxtlik / Hər şey cinayətkar ailədə" () CSI: Cinayət səhnəsinin istintaqı 2005 — Bölüm: "Ciddi təhlükə" ()həmçinin ssenari müəllifi Qürubdan şəfəqə: Serial 2014 — İzah: "Qürubdan şəfəqə filminin əsasında";Robert Kurtzmanla birgə
Video oyunlar 1996: Steven Spielberg's Director's Chair; müəllif Cek Kavello ()
Mənbə
Qeydlər
İstinadlar
Kventin Tarantino Filmoqrafiya Kateqoriya:Kventin Tarantinonun filmləri