Unbreakable Machine-Doll, Yaponiyada tanınan adı ilə və ya Kikō Shōjo wa Kizutsukanai — Ruroo-nun rəssamlığı ilə Reyci Kayto tərəfindən yazılan ranobeseriyası. Media Factory nəşriyyatı 2009-cu ilin noyabrından bu yana MF Bunko J imprinti altında ranobenin 15 cildini buraxmışdır. İki manqa adaptasiyası istehsal olunmuşdur: Hakaru Takaqinin rəssamlığı ilə hazırlanan manqa 2010-cu ilin aprelindən "Monthly Comic Alive" jurnalında, Misato Kamadanın rəssamlığı ilə hazırlanan manqa 2013-cü ilin aprelindən "Monthly Comic Gene" jurnalında nəşr olunur. Kinema Citrus studiyası tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı Yaponiyada 7 oktyabr 2013-cü ildən 23 dekabr 2013-cü ilə kimi yayımlanmışdır.

Məzmun

XX əsrin əvvəllərində Böyük Britaniyanın alternativ tarix versiyasında alimlər texnologiya ilə sehrbazlığı birləşdirərək Maçinart adlı yeni sahə yaratmağa müvəffəq olublar. Sehrin köməyi ilə hazırlanmış çevrələr sayəsində müxtəlif cisimlərə həyat və süni intellekt verilir. Bu avtomatlar artıq hərbi məqsədlər üçün istifadə edilir və bütün dünyaya yayılıblar. Onların hazırlanmasında iştirak edən şəxslərə kuklaçı deyilir.

Rayşin Akabane adlı kuklaçı nüfuzlu Valpurqis Kral Maçinart Akademiyasında təhsil almaq məqsədilə Yaya adlı avtomatı ilə Yaponiyadan Liverpul şəhərinə gəlir. Dörd ildən bir akademiyada 100 kuklaçının iştirakı ilə "Gecə şənliyi" adlı müsabiqə keçirilir. Müsabiqəyə qatılan kuklaçılar öz avtomatları ilə bir-birilərinə qarşı döyüşməlidirlər. Müsabiqə qalibi "Müdrik adam" titulunu əldə etmək şansına yiyələnir. Rayşin akademiya və müsabiqəyə qatılır, lakin əsl məqsədi Rayşin ailəsinin digər üzvlərini öldürmüş dahi Maqnusdan qisas almaqdır.

Media Ranobe Unbreakable Machine-Doll Ruroonun rəssamlığı ilə Reyci Kayto tərəfindən yazılmışdır. İlk cildi 21 noyabr 2009-cu ildə Media Factory tərəfindən MF Bunko J imprinti altında buraxılmışdır. Ən sonucu cildi – 15-ci cildi 25 sentyabr 2015-ci ildə nəşr olunmuşdur. Dördüncü cildin xüsusi nəşrinə drama CD daxil edilmişdir.

Manqa Hakaru Takaqi tərəfindən hazırlanan manqa adaptasiyası Media Factory nəşriyyatının "Monthly Comic Alive" jurnalının 27 aprel 2010-cu ildə nəşr olunmuş 2010-cu il iyun buraxılışında nəşr olunmağa başlamışdır. İlk tankobon cildi 22 noyabr 2010-cu ildə buraxılmışdır. 23 mart 2016-cı ilə kimi isə 9 cildi nəşr olunmuşdur. Birinci cildin xüsusi nəşrinə drama CD əlavə edilmişdir. Misato Kamada tərəfindən hazırlanan adlı spin-off manqa seriyası Media Factory nəşriyyatının "Monthly Comic Gene" jurnalının 15 aprel 2013-cü ildə nəşr olunmuş 2013-cü il may buraxılışında nəşr olunmağa başlamışdır. İlk tankobon cildi 27 sentyabr 2013-cü ildə buraxılmışdır.

Unbreakable Machine-Doll

Gene Metallica: Unbreakable Machine-Doll Re:Acta

Anime Lerche studiyası tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 7 oktyabr 2013-cü ildən 23 dekabr 2013-cü ilə kimi yayımlanmışdır. Anime əvvəlcə AT-X, daha sonra Tokyo MX, ytv, TV Aichi və BS11 kanalları vasitəsilə nümayiş etdirilmişdir. Funimation animeni video portalında yayımlamışdır. Rejissoru Kinci Yoşimoto, ssenaristi Yuuko Kakihara, personaj dizayneri Atsuko Vatanabe, bəstəkarı Masaru Yokoyamadır. Anime serialında ranobenin ilk 3 cildinin hekayəsi işlənmişdir.

Animenin açılış mahnısı Hitomi Harada tərəfindən ifa olunan "Anicca" mahnısı, bağlanış mahnısı isə Hitomi Harada, Ay Kayano və Yui Oqura trisou tərəfindən ifa olunan mahnısıdr. 25 dekabr 2013-cü ildən 28 may 2014-cü ilə kimi buraxılmış 6 BD/DVD cildinin hər birinə bir 5 dəqiqəlik OVA seriyası (ümumilikdə 6) daxil edilmişdir.

Seriya siyahısı № Başlıq Animasiya rejissoru Ssenarist Yayım tarixi İst.

Ev buraxılışı Yaponca buraxılış Yaponiyada anime serialının seriyaları 25 dekabr 2013-cü ildən 28 may 2014-cü ilə kimi 6 BD/DVD cildində buraxılmışdır. Hər bir cildə 1 OVA seriyası və əlavə ranobelər əlavə olunmuşdur.

Cild SeriyalarBuraxılış tarixiSatışlar Blu-ray DVDI cild1–225 dekabr 2013—1.423II cild3-429 yanvar 20143.185825III cild5-626 fevral 20143.025772IV cild7-826 mart 2014—728V cild9-1025 aprel 2014—604VI cild11-1228 may 2014—723

İngiliscə buraxılış Funimation animeni Şimali Amerikada 3 mart 2015-ci ildə BD/DVD kombo paketi şəklində (+ məhdud nəşrlə), Madman Entertainment isə Avstraliya və Yeni Zelandiyada 20 may 2015-ci ildə BD/DVD kolleksiyası şəklində buraxmışdır.

İnternet-radio verilişi 3 sentyabr 2013-cü ildən 25 fevral 2014-cü ilə kimi animate TV və sound fountain-də "Radio Unbreakable Machine-Doll Main cast" adlı internet-radio verilişi yayımlanmışdır. Verilişin aparıcıları Hiro Şimono (Akabane Rayşin), Hitomi Harada (Yaya) və Mequmi Takamoto (Şarlotta Belyu) olmuşdurlar. Verilişin 25 seriyası iki CD şəklində buraxılmışdır. İlk 12 seriyanı özündə birləşdirən birinci CD cildi 29 yanvar 2014-cü ildə, qalan seriyalardan ibarət ikinci CD cildi isə 26 mart 2014-cü ildə buraxılmışdır.

Videooyun 6 dekabr 2013-cü ildə iOS və Android platformaları üçün "Unbreakable Machine-Doll Facing “Burnt Red”" adlı oyun buraxılmışdır. Oyunda Nao Toyama tərəfindən səsləndirilən Kaquya adlı yeni orijinal personaj var. Oyunun mövzu mahnısı Hitomi Harada tərəfindən ifa olunan "Burnt Red" mahnısıdır.

Qəbul Ranobe seriyası 2013-cü ildə 180.426 nüsxə sataraq Yaponiyada ən yaxşı satan 23-cü ranobe seriyası olmuşdur.

Anime News Network-dan Teron Martin animeni qiymətləndirərək döyüş səhnələrini, musiqini və bəzi maraqlı dünya aspektlərini bəyənmiş, lakin daha çox vaxta ehtiyac olduğunu hiss etdirdiyini, əsəbləşdirici personaj qəribəliklərinin və qəribə montaj seçimlərinin olduğunu qeyd etmişdir. Saytın digər tənqidçisi Karlo Santos 2013-cü il payız animeləri üçün yazdığı prevyuda animenin animasiyasını bəyənməmiş, zəif kölgələmədən, həddən artıq çox sabit görüntülərdən və xüsusi-effektli səhnələrdə CGI qrafikasının açıq-aydın özünü büruzə verməsindən şikayətlənmişdir. O, animenin qəşəng görünməyə çalışdığını, lakin döyüş səhnələrinin maraqsız olduğunu bildirmişdir. Saytın digər tənqidçisi Bambu Donq avtomatların tam olaraq nə olduğu və onları idarə etmək üçün lazım olan qaydalar haqqında məlumat vermək üçün kifayət qədər vaxt ayrılmamasından şikayətlənmişdir.

Fandom Post-un tənqidçisi Kris Beveric Rayşin Akabanenin çox dərin baş qəhrəman olmadığını, lakin ən azından qorxaq personaj olmadığını bildirmişdir. O həmçinin hekayənin ilk arkını bəyəndiyini qeyd etmişdir. DVD Talk-dan Kayl Mills personajları və hekayə arklarını tərifləmiş, lakin sonluğunu və lazımsız fanservisi tənqid etmişdir. Kayl animenin ən böyük probleminin hekayənin gedişatı olduğunu bildirmişdir: hekayənin əvvəlcə turnir stilindəki qisas məzmunu ilə başladığını, lakin daha sonra hadisələrin əsas hekayədən sapdığını demişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2009-cu ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2010-cu ilin manqaları Kateqoriya:2013-cü ilin manqaları Kateqoriya:2013-cü ilin anime serialları Kateqoriya:2013-cü ilin videooyunları Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Harem anime və manqaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Stimpank anime və manqaları Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:MF Bunko J Kateqoriya:Media Factory manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Şoco manqaları Kateqoriya:Lerche Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Madman Entertainment animeləri Kateqoriya:Funimation Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:Android videooyunları Kateqoriya:Uydurmada qisas Kateqoriya:Kadokawa Dwango franşizləri Kateqoriya:XX əsr haqqında romanlar Kateqoriya:Şonen manqaları