Samirə Əmirova (d. 2 aprel 1998) — Özbəkistanı təmsil edən bədii gimnast. Samirə Əmirova, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.
Karyerası Samirə Əmirova, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Valeriya Davidova, Luiza Qəniyeva, Zarina Qurbanova və Marta Rostoburova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
İstinadlar
Kateqoriya:Özbəkistanın bədii gimnastları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar