Cevriss Emane ( 27 iyul 1982, Yaunde, Kamerun) — Kamerun əsilli Fransalı cüdoçu. 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, üçqat dünya, beşqat Avropa çempionu. Karyerası ərzində 63 və 70 kiloqramadək çəki dərəcələrində çıxış edib. 2013-cü ildə Fransa dövləti tərəfindən "Xidmətlərə görə" ordeni ilə təltif olunub.

Cüdo karyerası Emane 2005-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş dünya çempionatında (70 kq-a qədər çəki dərəcəsində) gümüş medal qazanıb, bu medal idmançının peşəkar səviyyədə qazandığı ilk uğur sayılır. 2006-cı ildə Finlandiyanın Tampere şəhərində təşkil olunmuş Avropa çempionatının finalında Almaniya cüdoçusu Hayde Vollert üzərində təmiz qələbə (ippon) qazanaraq ilk dəfə Avropa çempionu titulunu qazanıb.

Emane dünya çempionu titulunu ilk dəfə 2007-ci ildə Rio-de-Janeyroda keçirilmiş cüdo üzrə dünya çempionatında qazanıb. O, həlledici görüşdə amerikalı Ronda Rauzini xal hesabı ilə məğlub edib.

2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında ölkəsini 70 kq-a qədər çəki dərəcəsində təmsil edib. İlk görüşündəcə ispaniyalı Leye İqlesiasa məğlub olaraq mübarizəni dayandırıb.

2011-ci ildə Fransanın paytaxtı Paris şəhərində keçirilmiş dünya çempionatında ikinci dəfə dünya çempionu adını qazanıb. O, 63 kiloqram çəki dərəcəsinin final görüşündə yaponiyalı ikiqat dünya çempionu Yosie Uenoya qalib gəlib.

2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmiş və 63 kq çəki dərəcəsində bürünc medal qazanmışdır.

İstinadlar

Xarici keçidlər Alljudo saytında profili Judoinside saytında profili

Kateqoriya:Fransalı qadın cüdoçular Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Yaundedə doğulanlar Kateqoriya:Kamerun əsilli fransızlar Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:Olimpiya bürünc medalına sahib Fransa idmançıları Kateqoriya:Cüdo üzrə dünya çempionları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Xidmətlərə görə ordeni (Fransa) laureatları Kateqoriya:Cüdo üzrə Avropa çempionları Kateqoriya:2012 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:Cüdo üzrə Avropa Oyunları medalçıları Kateqoriya:2015 Avropa Oyunlarında cüdoçular Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında cüdoçular