Aydın Nəsir oğlu Hüseynov () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin V, VI çağırış və VII çağırış deputatı.
Həyatı Aydın Nəsir oğlu Hüseynov 1962-ci il fevralın 12-da Tovuz rayonunun Çatax kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini və Azərbycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsini bitirmişdir. Rus dilini bilir. 1985–1988-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda baş laborant, 1988–1991-ci illərdə Azərbaycan LKGİ Qaradağ rayon komitəsində komsomol katibi, təlimatçı, təşkilat şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən Azərbaycan Əmanət Bankı Qaradağ rayon şöbəsi müdirinin müavini, 1994-cü ildən Bakı Səhmdar-Kommersiya Əmanət Bankının Kreditləşdirmə və kommersiya şöbəsi rəisinin müavini, 1996-cı ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət Gəlirləri və Vergiyə Nəzarət İdarəsinin Vergi siyasəti və beynəlxalq vergi münasibətləri şöbəsinin baş iqtisadçısı, 1997-ci ildən Bakı şəhəri Qaradağ rayonu Maliyyə şöbəsinin müdiri, 1999-cu ildən Sumqayıt şəhər Maliyyə İdarəsinin rəisi, 2000-ci ildən Bakı şəhəri Səbail rayonu Maliyyə İdarəsinin rəisi, 2009-cu ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsinin rəisi, 2013–2015-ci illərdə 9 saylı Xəzinədarlıq İdarəsinin rəisi vəzifələrində çalışmışdır. YAP Qaradağ rayon təşkilatının sədridir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Aqrar siyasət komitəsinin üzvüdür. Belarus, Çin, İsveçrə, Kanada, Qətər, Latviya, Malta, Özbəkistan, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Banqladeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Evlidir, 2 övladı var.
İstinadlar
Xarici keçidlər V çağiriş VI çağiriş Hüseynov Aydın Nəsir oğlu
Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları