"When a Man Loves a Woman" () — Persi Slecin mahnısı. Mahnı Kelvin Lüis və Endrü Rayt tərəfindən yazılıb. Slec sinqlı 17 fevral 1966-cı ildə Alabama ştatının Şeffild şəhərində yerləşən Norala Sound Studio səsyazma studiyasında yazdırıb."When a Man Loves a Woman", Songfacts.com . Retrieved 14 April 2015
Mahnı "Billboard Hot 100" hit-paradında və "Billboard"ın R&B çartında birinci yeri tutub.
2004-cü ildə Rolling Stone jurnalı "When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 54-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 53-cü yerdə qərarlaşıb.
"When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyası eyni zamanda "Rok-n-Roll Şöhrət Zalı" tərəfindən tərtib edilən — 500 Songs That Shaped Rock and Roll siyahısına daxildir.
İstinadlar
Xarici keçidlər Mahnının sözləri MetroLyrics saytında [ Song Review] Allmusic saytında
Kateqoriya:Persi Slec mahnıları Kateqoriya:1966-cı ilin sinqlları Kateqoriya:1966-cı ilin mahnıları Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:1991-ci ilin sinqlları Kateqoriya:Atlantic Records sinqlları Kateqoriya:Columbia Records sinqlları