Kuriya-Muriya adası ( tərcümə. "Cuzur Xuruiya Muruiya") — Omana aid olan Ərəbistan dənizində yerləşən adalar qrupu. Ölkənin cənub-şərq sahilindən 40 kilometr məsafədə yerləşmişdir.Cf. ArrianPer. M. Eryth. p. 19.

Coğrafiyası Qrupa beş ada daxildir. Adalar ümumilikdə 73-lə km² ərazini əhatə edir. Qərbdən şərqə doğru: Əl-Xasikiya, Əs-Səud, Əl-Xallaniya, Qarzant və Əl-Kibliya adaları bir-birlərini əvəz edir. Adalar qranitdən ibarətdir və batırılmış dağ silsiləsinin zirvələrini təşkil edir. Adaların maksimum dəniz səviyyəsindən hündürlüyü 501 metrə bərabərdir.

№ Ada (azərb.) Ada (ərəb.) Sahəsi,km² Ən hündürnöqtəsi,m Koordinatları 1 Əl-Xasikiya جزيرة الحاسكية 2 155 2 Əs-Səud الجزيرة السوداء 11 399 3 Əl-Xallaniya جزيرة الحلانية 56 501 4 Qarzant جرزعوت 0,3 70 5 Əl-Kibliya الجزيرة القبلية 3 168 Kuriya-Muriya adaları جزر خوريا موريا 73 501

Tarixi Belə hesab edilir ki, əsasən bu adalar Insulae Zenobii adı altında bizim eramızın I əsrinin yazı mənbələrində xatırlanır.

Adanın əhalisi sıx pirat basqınlarından xilas olmaq üçün 1818-ci ildə adanı tamamilə tərk etdi. Daha sonra adalar üzərində nəzarəti Maskatıın (nəticədə — Maskat və Oman, daha sonra isə — Oman) sultanı ələ keçirdi. Sultan 1854-cü ildə Böyük Britaniyaya adaları güzəşt etdi. Adalar qrupu 1937-ci ildə Britaniya koloniyası olan Ədənə birləşdirilmişdir.

1953-cü ilə qədər adalar Britaniyanın Ədəndə təyin olunmuş qubernatoru tərəfindən idarə olunurdu. Sonra Ədəndəki qərargahla Britaniya baş komissarı tərəfindən idarə olundu. 1963-cü ildə onlar Bəhreynə Fars körfəzində Britaniyanın siyasi sakini adı altında verilmişdir. 30 noyabr 1967-ci ildə adalar Maskatın və Omanın nəzarəti altına qaytarılmışdı. O zaman Oman da Böyük Britaniyanın protektoratının altında idi.

1971-ci ildə adalarla birlikdə Maskat və Oman sultanlığı da müstəqilliyi əldə etdi.Naval Intelligence Division, Western Arabia and the Red Sea. Kegan Paul Limited (U.K.), 2005, p. 617–618.

Böyük Britaniyadan 1967-ci ild müstəqilliyi Cənubi Yəməndən almasından sonra o, adada hüquqlarının olduğunu bildirirdi. 1967-ci ilin dekabrında hətta Maskat adalarının işğal olunmasına qarşı BMT də etiraz etdi. Hərçənd tarix davam edirdi. Həmçinin adaları sovet xəritələri də 1989-cu ildə Cənubi Yəmənə aid olan adalar kimi qeyd etdilər. Onlar Sovet İttifaqıyla fəal əməkdaşlıq edirdi və öz məqsədləri iləsosializmi tikməyə başaldılar.French sailor and adventurer Henry de Monfreid who stopped very briefly at these islands around 1920 on his way to India saw no one else but the local inhabitants.

Əhalisi Daimi əhali yalnız Əl-Xallaniya adasında yaşayır. Adalardan ən böyüyü də məhz bu adadır (56 km²). Əhalisi 85 nəfədir (1967). Adaların müasir sakinləri, əsasən, balıqçılıqla məşğul olurlar. Qədim vaxtlarda olduğu kimi heyvanların dərilərini şişirdərək üzmə vasitələri kimi istifadə edirlər.

Xarici keçidlər Статья о Йеменско-Оманских отношениях, где упоминаются острова

İstinadlar

Kateqoriya:Oman adaları Kateqoriya:Ərəbistan dənizi adaları Kateqoriya:Asiyada mübahisəli ərazilər