thumb|300px|Şuşa qəzası 1 yanvar 1903-cü illər xəritəsi.

Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd.

Əhalisi Əhalisinin sayı 1591 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kənd əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur.

Tarixi Sarıcalı yaşayış məntəqəsi cavanşir tayfasının sarıcalı (əslində sarıcaəlili) qolunun burada məskunlaşması nəticəsində yaranmışdır. Qədimdə sarıcalılar türk tayfası bəhmənli elinə mənsub idilər. Onlar orta əsrlərdə cavanşir tayfasına qarışmışlar.XIX əsrin əvvəllərində sarıcalılar Dərgahlı sarıcalısı, Əmiraslanbəyli sarıcalısı, Çəmənli sarıcalısı, İncilli sarıcalısı, Yetim sarıcalısı, Novruzlu sarıcalısı adlı tirələrə bölünmüşdülər.XX əsrin 30-cu illərinə qədər Ağdamın Novruzlu kəndi yaxınlığında da Sarıcalı adlı kənd olub. Qarabağ xanı olan Pənahəli xan bu tayfadandır.Ağdam, Tərtər, Cəbrayıl rayonlarında da Sarıcalı adlı kənd vardır.Nazim Tapdıqoğlu (Vəlişov) Ağcabədi Ensiklopediyası

Tanınmışları Tofiq Sarıcalınski — Dövlət xadimi Rüstəm Rüstəmov — Professor, alim Ələsgər Rüstəmov — Hüquqşünas Mehtiyev Qabil — əməkdar müəllim Mehtiyev Allahşükür — Tanınmış din xadimi

Xarici keçidlər Youtube-da bax: Bir kəndin nağılı. Sarıcalı (film)

İstinadlar Kəmalə Sarıdcalinskaya — Hüquqşünas, Zakavkaziyada ilk qadın kriminalist.

Kateqoriya:Ağcabədi rayonunun kəndləri