Bartelemi Derblo (; ) — fransız şərqşünası. Şərq əlyazmalarını toplamış, şərq dilləri üzrə katib-tərcüməçi, Kollec de Fransda professor olmuşdur. Bartelemi Derblo Kral kitabxanasında işləmişdir. Şərq kitabxanası, yaxud Şərq xalqları haqqında bütün biliklərin lüğəti (1697) monumental əsərinin, latınca izahı verilən Ərəb-fars-türk lüğəti və Şərq antologiyası əsərlərinin müəllifidir. Hər iki əsər əlyazması şəklində Paris Milli Kitabxanasında saxlanılır.
Kral kitabxanasındakı nadir Şərq əlyazmaları əsasında yazılmış Şərq kitabxanası ensiklopedik lüğətində Azərbaycan ədəbiyyatına dair altı məqalə dərc edilmişdir. Onlardan dördü Nizami Gəncəviyə, biri Xaqani Şirvaniyə, digəri isə Fələki Şirvaniyə həsr olunmuşdur. Həmin məqalələr, hələlik, Avropada Azərbaycan ədəbiyyatına dair ilk yazılı məxəzlər sayılır. Nizami Gəncəvi haqqında məqalələrdə şairin əsərlərinin fransız ədəbiyyatına təsirindən bəhsedilir. Bartelemi Derblonun Nizami Gəncəvinin nisbəsini Gəncəvi yox, Gəncəli kimi yazması onun vətəninin dəqiqləşdirilməsi baxımından təqdirəlayiqdir.
İstinadlar
Mənbə
Kateqoriya:Fransızlar Kateqoriya:Fransa yazıçıları Kateqoriya:Fransa şərqşünasları Kateqoriya:Fransada doğulanlar Kateqoriya:Parisdə doğulanlar Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Fransa tənqidçiləri Kateqoriya:De Frans Kollecinin müəllimləri Kateqoriya:Fransa tərcüməçiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri