Lisyanski yarımadası — Oxot dənizinin şimalında, Xabarovsk diyarı ərazisində yerləşən yarımada. Uşki körfəzindən şərqdə, Yeyrineyskaya körfəzindən qərbdə yerləşir. Yarımadanın ümumi sahəsi 625 km² təşkil edir. Maksimal hündürlük Xadaça dağıdır (1211 m). Əsasən sərt suxurlardan təşkil olunmuşdur. Dağ tundrasına uyğun bitkilərə rast gəlinir. Məşhur rus dənizçisi Yuri Fyodroviç Lisyanskinin şərəfinə adlandırılmışdır.
İstinadlar
Kateqoriya:Xabarovsk diyarı yarımadaları