Harenna meşəsi — Efiopiyanın cənub-şərqində, Oromiya regionunda, Bale dağlarında yerləşən meşə. Ölkədə qalmış azsaylı təbii meşələrdən biridir.L.J.G. van der Maesen, X.M. van der Burgt and J.M. van Medenbach de Rooy. 1994

Təbiət tarixi Ekoregionlar Bale dağlarında Afromontane ekozonasının dörd fərqli ekoregionu yerləşir: Şimal düzənlikləri Kolluq və ağaclıqlar Efiopiya dağ çəmənlik və ağaclıqları – Mərkəzi Sanetti platformasında, orta hündürlük 4000 metrdən yüksək. Efiopiya dağ meşələri

Flora və fauna Harenna meşəsi yerli bitkilərinə, məməlilərinə, suda-quruda yaşayanlarına və quşlarına (endemik növlər daxil olmaqla) görə tanınır.L.J.G. van der Maesen, X.M. van der Burgt and J.M. van Medenbach de Rooy. 1994. The Biodiversity of African Plants: Proceedings, XIVth AETFAT Congress, 22–27 August 1994, Wageningen, The Netherlands, Published by Springer, ISBN 978-0-7923-4095-9. 861 pages. Belə endemik növlərdən biri Maytenus harenensis ağacıdır. Ağacların kəsilməsi üzündən bu ağac Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən "həssas növ" kimi təyin olunmuşdur.World Conservation Monitoring Centre 1998. Maytenus harenensis. The IUCN Red List of Threatened Species. Version 2014.3. <www.iucnredlist.org>. Downloaded on 11 May 2015.

Harenna meşəsi əvvəllər təhlükədə olan Lycaon pictus Afrika yabani iti növünün yaşayış arealına daxil idi. Mərkəzi Sanetti platforması nadir və təhlükədə olan Həbəşistan çaqqalının məskənidir.C. Michael Hogan. 2009. Painted Hunting Dog: Lycaon pictus, GlobalTwitcher.com, ed. N. Stromberg

Həmçinin bax Efiopiya ekoregionları Efiopiya meşələri

İstinadlar

Kateqoriya:Efiopiya meşələri