Məlik Aslan bəy (tam adı: Məlik Aslan bəy Bağdad bəy oğlu; 1787, Tuğ, Dizaq mahalı, Qarabağ xanlığı – 1832, Tuğ, Qarabağ əyaləti, Rusiya imperiyası) — Qarabağ bəylərindən, Dizaq mahalının son məliyi və naibi, Zəngəzur mahalının naibi.
Həyatı Aslan bəy 1787-ci ildə Dizaq mahalının Tuğ kəndində dünyaya gəlmişdi. Bir neçə dildə savad almışdı. Rus dilini də bilirdi. 1805-ci ildə Məliklik taxtına çıxıb, Dizaq mahalını idarə etməyə başladı. Tarixçi Mir Mehdi Xəzani "Kitabi-tarixi-Qarabağ" adlı əsərində yazır: Məlik Aslan bəyin uruğu Məlik-Aslanov soyadını daşıyır.
Fəaliyyəti Məlik Aslan bəy Dizaq piyadalarının başında rus-İran savaşlarında iştirak etmişdi. Bundan başqa rus əsgərlərini və zabitlərini öz hesabına ərzaqla təmin edirdi. Hətta bir dəfə feldmarşal Paskeviçi qoşunu ilə bərabər qonaqlamışdı. Tarixçi Mir Mehdi Xəzani bu barədə yazır:
Məlik Aslan bəy rus üsul-idarəsi dönəmində Zəngəzur mahalının da naibi olmuşdu. Bu barədə Ənvər Çingizoğlu qeyd edir:Ənvər Çingizoğlu — "Qarabağlı difaiçilər" Tarixi-ensiklopedic tədqiqat, Bakı-Mütərcim-2021
"Məlik Aslan tərəfindən idarə olunan Qarabağın Dizak mahalının kəndlərinin Xəbərlərinə" əsasən, onun nəzarəti altında olan kəndlər: Zamzur, Sur, Tağaser, Koşbək, Tuğ, Qaqəqi, Xozabirt, Mamat-Azor, Qəmrəpoç, Küqül, Bulutan, Cuvarlı.Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. f. 24, оp. 1, d. 142, l. 205-207 "1823, 1832, 1848 – 1849, 1863-cü illərdəki təsvirlərə görə, ailənin bütün əsas üzvləri (Məlik Aslan və onun qardaşlarının törəmələri) bəylər arasında göstərilmişdir", yəni bəy ləyaqəti var idi. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. f 69, op. 1, d. 31, l.18
Ailəsi Atası Bağdad bəy Övladları: Şirin bəy (1803,Tuğ – 1863,Tuğ), Hacı Fərhad bəy (15.06.1805,Tuğ – 1889,Tuğ), Mehdi Gulu bəy (?,Tuğ – 1857,Tuğ), Kərbəlayi Əli Qulu bəy (1810,Tuğ –?), Firudin bəy (15.06.1811,Tuğ – 27.05.1857,Tuğ), Hacı Qafar bəy (?,Tuğ – 1886,Tuğ), Nəcəf bəy (1816,Tuğ – ?), Hacı Abbas bəy (1817,Tuğ – 1891,Tuğ)
Həmçinin bax Məlik-Aslanovlar
Mənbələr Qarabağnamələr. II kitab. Bakı: Yazıçı, 1991. N.A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, "Səda", Bakı, 2001, səh. 27 ISBN 5-86871-204-4 E.E. İsmaylov. Məlik-Aslanovlar nəslinə dair dəqiqləşdirmələr (rus dilində), Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu", 2001, səh. 163–169 ISBN 9952-25-001-0 Ənvər Çingizoğlu. Dizaq mahalı, "Soy" dərgisi, 12 (24), 2009, səh. 48–57. Ənvər Çingizoğlu. "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh. 23–34.
İstinadlar
Kateqoriya:Tuğda doğulanlar Kateqoriya:Məlik-Aslanovlar Kateqoriya:Dizaq məlikləri