Robert Qoddard (; ) — amerikalı alim və raket mühəndisi. Onun raket texnikası üzrə apardığı işlərin əhəmiyyəti vəfatından sonra tanınmışdır.

Həyatı

Qoddard ilk təhsilini Klark Universitetində alır. O 1910-cu ildə burada elmi işini müdafiə edərək alimlik dərəcəsinə yiyələnir.

1918-ci ildə Qoddard artıq tank əleyhinə Bazuka raketinin yaradılması ilə məşğul olur. Onun bu ideyası Birinci Dünya müharibəsindən sonra 1945-ci ildə həyata keçir. Onlar İkinci dünya müharibəsində geniş tətbiq olunurlar.

O, təkcə raketlərə aid nəzəri problemlərin həlli ilə yox, həm də praktikada tətbiq oluna biləcək texnikanın yaradılması ilə məşğul olur. O ilk dəfə olaraq sübut edir ki, vakuumda raket mühərrikləri itələmə qüvvəsi yaratmaq qabiliyyətinə malikdirlər.

Qoddard 1916-cı ildən başlayaraq maye yanacaqla işləyən raketlərin düzəldiməsi ilə məşğul olur. 1925-ci il dekabrın 16-da o ilk dəfə olaraq düzəltdiyi raketi sınaqdan keçirir. Onun raketi havada cəmi 2,5 saniyə qalaraq 14 metr hündürlüyü fəth etsə də, bu onun ideyalarının düzgün olduğunu sübut etmişdir.

1930-cu ildən başlayaraq Qoddard Rosveldə sayca 5-ci olan raket sınağını hazırlayır. Bu raket 610 metr hündürlüyə qalxaraq 800 km/saat sürət yığır. Burada o uçuşun stabilləşdirilməsi problemini anlayır.

Üç il fasilədən sonra 8 mart 1935-ci ildə o növbəti raketini uçuşa buraxır. Bu raket 1125 km/saat sürətlə uçur. 28 mart 1935-ci ildə onun növbəti stabilləşdirici qurğu ilə təchiz olunmuş raketi isə 1460 m hündürlüyə qalxaraq 4000 metr məsafəyə uçur.

Sonrakı illərdə Qoddardın raket üzrə apardığı işləri 1934-cü ildən almanlar tərəfindən qabaqlanır.

Goddard 1945-ci ildə 63 yaşında bir boğaz əməliyyatından aldığı zədədən vəfat edir.

thumb|right|Robert Qoddardın həyatı və düzəltdiyi raketlər haqqında film

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ mühəndisləri Kateqoriya:ABŞ alimləri Kateqoriya:Klark Universitetinin məzunları Kateqoriya:Raket alimləri Kateqoriya:ABŞ ixtiraçıları Kateqoriya:Klark Universitetinin müəllimləri Kateqoriya:Prinston Universitetinin müəllimləri