Yelena Mixail qızı Sidorenko (Eyvazlı; ) — Azərbaycan jurnalisti və aparıcısı.
Həyat Yelena Sidorenko 1986-cı ildə Azərbaycan SSR, Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Mədəniyyət və İncəsənət Gimnaziyasının bitirdikdən sonra, elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinə daxil olmuş, 2007-ci ildə bakalavr, 2009-cu ildə magistr pilləsini bitirmişdir. 2011–2014-cü illər ərzində Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında, siyasi idarəetmə fakültəsində təhsil almışdır. 2015-ci ildə Azərbaycan Turizm və Menecment Universitetinin beynəlxalq münasibətlər tarixi kafedrasına doktoranturaya daxil olub, hazırda elmi işi üzərində çalışır. Real TV-də yayımlanan "Real savaş" verilişinin aparıcısıdır.
Ailəlidir, bir qızı var.
Fəaliyyəti 2004–2008 "ANS Şirkətlər Qrupu"nda "Xəbərlər" verlişinin aparıcısı və jurnalisti 2008–2010 "AF Holding"in "AF Mall"un direktoru, daha sonra Holdingin Kommersiya üzrə vitse-prezidenti 2010–2012 "AVESTA Konsern" şirkətində Satış müdiri 2012–2016 Xəzər TV-də "Xəbərlər" verlişinin aparıcısı və jurnalistİ 2016–2018 "Gazelli Group" MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri 2018–2018 "Mətanət A" Şirkətinin Marketing departamentinin direktoru 2018–2019 "Azerbaijan Dijital Arts School" MMC-nin direktoru "Mətbuat Qeyri-Rəsmi" Jurnalistlər Klubunun yaradıcılarından biridir "Sidoren&Co." Şirkətinin təsisçisidir Bakı Bloggerlik Məktəbinin yaradıcısıdır Rəqs Dünyası İdman Klubu İB-nin sədridir
İstinadlar
Kateqoriya:ANS TV-nin jurnalistləri Kateqoriya:Xəzər TV-nin jurnalistləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycanın televiziya aparıcıları