Əlövsət Zakir oğlu Abdullayev () — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1963), professor (1964), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).
Həyatı Əlövsət Zakir oğlu Abdullayev 1920-ci il fevral ayının 17-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur. İlk təhsilini Şamaxının Məlikçobanlı və Ucarın Yuxarı Şilyan kənd məktəblərində almışdır.
1936-cı ildə Şamaxı Pedaqoji Texnikumuna daxil olub, 1939-cu ildə həmin müəssisədə təhsilini əla qiymətlərlə başa vurmuş, bir il kənddə müəllim işləmiş, sonra Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Böyük Vətən müharibəsi başlananda Əlövsət müəllim təhsilini yarımçıq qoyaraq cəbhəyə yola düşmüş, döyüşlərdə iştirak etmiş, yaralandığı üçün ordudan tərxis olunmuşdur.
1943–1946-cı illərdə Məlikçobanlı kəndində məktəb direktoru vəzifəsində çalışmışdır. Nasist Almaniyası məğlub edildikdən sonra yenidən universitetə qayıtmış, 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Yüksək hazırlığını və elmə olan dərin marağını nəzərə alaraq onu aspiranturaya qəbul etmişlər.
Ə. Z. Abdullayev 1954-cü ildə "Müasir Azərbaycan dilində xüsusiləşmələr" mövzusunda namizədlik dissertasiyası, 1963-cü ildə isə müasir dilçiliyimizin ən qaranlıq, ən az tədqiq olunmuş sahəsindən-tabeli mürəkkəb cümlələrdən doktorluq dissertasiyası müdafiə etmişdir. Əlövsət müəllimin 50 illik əmək fəaliyyətinin təxminən 40 ili universitetlə bağlıdır, burada tələbəlikdən professorluğadək şərəfli bir həyat yolu keçmişdir.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dekanı (1962–1967), prorektoru (1972–1976), Azərbaycan dilçiliyi kafedrasının müdiri (1967–1985) olmuşdur. Tədqiqatları Azərbaycan dilinin sintaksisinə aiddir. Beynəlxalq türkologiya konqres və konfranslarında məruzələrlə çıxış etmişdir.
1993-cü ildə may ayının 28-də Bakıda vəfat etmişdir.
Fəaliyyəti
Elmi yaradıcılığı Alimin elmi maraq dairəsi olduqca geniş olmuşdur. O, dilçiliyin sintaksis, morfologiya, tarixi qrammatika, orfoepiya, etimologiya, nitq mədəniyyəti və s. sahələrilə məşğul olmuşdur. Əlövsət Abdullayev Azərbaycan dilinin ən aktual problemləri üzrə 140-dan çox əsərin, o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifidir (bunlardan bəziləri ortaqlı yazılmışdır). Xüsusiləşmə və əlavə kateqoriyaları, ədatlar, predikativlər, qarışıq tipli mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələrin tərkib hissələrinin transformasiya hadisəsinə uğraması və digər məsələlər ilk dəfə Ə. Abdullayev tərəfindən işlənmiş və ali məktəb proqramlarına daxil edilmişdir. Onun etimologiya üzrə işləri keçmişə, tarixin yaddaşına əsl səyahət kimi yenilik ruhu, arqumentlərinin əhatəliliyi, əsaslılığı ilə bu sahədə əvvəllər aparılmış tədqiqatlardan fərqlənir. Məsələn, "ki" bağlayıcısının genezisi, "elə", "belə" sözlərinin etimologiyası, yönlük halın mənşəyi, qədim instrumental hal və müasir dilimizdə onun qalıqlarından bəhs edən əsərlər xüsusilə dəyərlidir.
Ə. Abdullayevin "Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr" monoqrafiyası uzun və gərgin axtarışların nəticəsidir. Bu qiymətli əsər ölkə türkoloqları tərəfindən böyük maraqla qarşılanmışdır. Bunlardan başqa, alim iki böyük akademik nəşrin ("Azərbaycan dilinin qrammatikası" və "Müasir Azərbaycan dili") və 4 cildlik "Müasir Azərbaycan dili" dərsliyinin müəlliflərindən biri olmuşdur. Sonuncu fundamental əsərə görə o, 1974-cü ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Ə. Abdullayev 1992-ci ildən isə Əməkdar Elm Xadimidir.
İctimai fəaliyyəti Professor Ə. Abdullayev həm də böyük ictimai iş aparmışdır. O, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun və Universitetin elmi şuralarının, Azərbaycan Ensiklopediyasının redaksiya şurasının, Respublikada Azərbaycan Dilinin Tətbiqi və Əlifba komissiyalarının üzvü olmuşdur. Eyni zamanda BDU-nun "Elmi əsərləri"nin Dil və ədəbiyyat seriyasının baş redaktoru, universitetin ümumi, humanitar elmlər, filologiya elmləri doktoru və namizədi dərəcələri verən şuralarının, Azərbaycan Elmlər Akademiyası Dilçilik İnstitutunun, Respublika Elmlər Akademiyası Rəyasət Heyəti yanında dilçilik üzrə əlaqələndirmə şuralarının, Azərbaycan Təhsil Nazirliyinin tədris metodika şurasının üzvü olmuşdur.
Ə. Abdullayevin adı yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da məşhurdur. O, bir sıra Ümumittifaq və beynəlxalq məclislərdə Azərbaycan dilçilik elmini ləyaqətlə təmsil etmişdir. Görkəmli dilçi alim müxtəlif illərdə Bakıda, Moskvada, Sankt-Peterburqda, Səmərqənddə, Kazanda, Tiflisdə keçirilmiş elmi konfranslarda, Berlində, Ankarada, İstanbulda, Daşkənddə toplanmış beynəlxalq qurultay və konqreslərdə iştirak etmiş, məruzələr oxumuşdur. O, dilçilərin Səmərqənd konfransında (1966) sintaksis bölməsinə rəhbərlik etmişdir. 1969-cu ildə Berlində Beynəlxalq altayşunaslar konqresində (PİAK) "Türk dillərində yönluk halın mənşəyi haqqında"kı məruzəsi yaxşı qarşılanmış və orada nəşr edilmişdir.
1972-ci ildə Ə. Abdullayev Türk Dil Qurumunun dəvətilə Ankarada I türk dili qurultayında iştirak etmişdir. Orada Mahmud Kaşqari bölməsini açmaq və birinci iclası idarə etmək şərəfi Azərbaycan aliminə qismət olmuşdur. Əlövsət müəllimin acılışdakı nitqi və oxuduğu məruzə Ankarada həmin qurultayın materiallarında çap edilmişdir.
1986-cı il PİAK-ın Daşkənddə keçirilmiş konqresində Ə. Abdullayev "Azərbaycan-monqol dil əlaqələri" adlı məruzə ilə iştirak etmişdir. Əlövsət müəllimin həyatında ən əlamətdar hadisələrdən biri türkologiya qarşısında böyük xidmətlərinə görə onun 1983-cü ildə Türkiyədə Türk Dil Qurumunun müxbir üzvü, 1984-cü ildə həqiqi üzv seçilməsidir. Ə. Abdullayev Türk Dil Qurumuna müxbir üzv seçilmiş üçüncü azərbaycanlı alim olmuşdur. Ölümündən üç il sonra, Türk Dil Qurumu onun 1996-cı ildə Ankarada "Türk dillərinin tarixi inkişafı məsələləri" adlı kitabını nəşr etmişdir. Həmin monoqrafiya elm aləmində yüksək dəyərləndirildiyindən 2007-ci ildə təkrar çap olunmuşdur.
Onun rəhbərliyi altında 23 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə edilmişdir. O cümlədən, müdafiə edənlərdən 3 nəfər qaraçay-balkar, 1 nəfər qumuq dili üzrədir.
Mükafatları "Azərbaycan SSR Dövlət Mükafatı" — (26 aprel 1974) Əməkdar Elm Xadimi fəxri adı — (1992) "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — (9 may 1945) Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin "Fəxri Fərman"ı — (31 oktyabr 1969) SSRİ Ali Sovetinin Rəyasət heyəti "Əmək igidliyinə görə" medalı — (7 aprel 1970), Böyük Vətən müharibəsinin 7 yubiley medalı.
Əsərləri
Müəllifi olduğu monoqrafiya və dərsliklər Обособление в современном азербайджанском языке. Автореферат кандидатской диссертации. Баку: Издательство АГУ имени С. М. Кирова, 1953. Müasir Azərbaycan dilində sintaktik əlaqələr (uzlaşma, idarə, yanaşma). Bakı: Azərbaycan Dövlət Universiteti, 1956. Köməkçi nitq hissələri. Bakı: Azərbaycan Dövlət Universiteti, 1958. Müasir Azərbaycan dili (Sintaksis). Bakı: Azərbaycan Dövlət Universiteti, 1959. (həmmüəllif) Сложноподчиненные предложения в современном азербайджанском языке. Баку: Издательство АГУ имени С. М. Кирова, 1963. Müasir Azərbaycan dili (Sintaksis). II kitab. Bakı: Azərtədrisnəşr, 1962. (həmmüəllif) Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı: Azərtədrisnəşr, 1964. Azərbaycan dili (Ali məktəblər üçün dərslik). Bakı: Azərtədrisnəşr, 1964. (həmmüəllif) Müasir Azərbaycan dili. IV kitab. Bakı: "Maarif" nəşriyyatı, 1972. (həmmüəllif) Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. 2-ci nəşr. Bakı: "Maarif" nəşriyyatı, 1974. Грамматика карачаево-балкарского языка. Нальчик, 1976. (həmmüəllif) Sintaksisin aktual məsələləri. Bakı, 1987. Müasir Azərbaycan dili. IV cild (Sintaksis). Bakı: "Şərq-Qərb", 2007. Azərbaycan dili məsələləri. Bakı: Bakı Universiteti nəşriyyatı, 1992. Türk dillerinin tarihsel gelişme sorunları. Ankara: Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu, 1996.
Məqalələri
C. Cabbarlının Sevil əsərində tiplərin dili (tezis). S. M. Kirov adına ADU, IV tələbə elmi sesiyası (məruzələrin tezisləri), 1949. Bir tərcümə haqqında. Azərbaycan gəncləri qəz., 1952, № 129. Müasir Azərbaycan dilində feili sifət tərkibləri haqqında. Azərb. Dövlət Un., 1956, № 8. Azərbaycan dili və ədəbiyyatın tədrisi. Ədəbiyyat və incəsənət qəz., 1956, № 36. Müasir Azərbaycan dilində ədatlar haqqında. Azərbaycan məktəbi jur., 1958, № 1. Şərəfli həyat yolu. Azərbaycan müəllimi qəz., Bakı, 23 oktyabr 1958, № 239. Qocaman müəllim. Azərb. müəllimi qəz., 1958, № 19/X. Əlavə. Azərbaycan dilinin qrammatikası, sintaksis. Azərb. SSR EA-nın nəşriyyatı, 1959. Xüsusiləşmə. Azərbaycan dilinin qrammatikası, sintaksis. Azərb. SSR EA-nın nəşriyyatı, 1959. Təyin. Müasir Azərbaycan dili, sintaksis. ADU nəşri, 1959. Əlavələr. Müasir Azərbaycan dili, sintaksis. ADU nəşri, 1959. Cümlənin xüsusiləşmiş üzvləri. Müasir Azərbaycan dili, sintaksis. ADU nəşri, 1959. Təyin və xəbər budaq cümlələri haqqında. Azərbaycan məktəbi, 1959, № 10. Mübtəda və tamamlıq budaq cümlələri haqqında. Azərbaycan dili və ədəbiyyat tədrisi, 1960, IV buraxılış. Müasir Azərbaycan dilindəki qoşulma budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında. ADU-nun elmi əsərləri, 1961, № 2. Şərt budaq cümləsi. Azərbaycan məktəbi jur., 1961, № 4. Müasir Azərbaycan dilindəki qovuşmuş budaq cümlələr haqqında. Azərb. Dövlət Un. elmi əsərləri, 1961, № 6. Feili sifət və feili bağlama tərkibləri possesiv quruluşa malik olan söz birləşmələridir. Azərb. Dövlət Un. elmi əsərləri, 1962, № 3. Nəticə budaq cümləli tabeli mürəkkəb cümlələr. Azərb. SSR EA xəbərləri, 1962, № 7. Çoxbudaqlı tabeli mürəkkəb cümlələr. Azərb. Dövlət Un. elmi əsərləri, 1963, № 1. Tabeli mürəkkəb cümlələrin qurulmasında ədatların rolu. Azərb. Dövlət Un. elmi əsərləri, 1963, № 6. Azərbaycan dilində işlənən ki bağlayıcısının mənşəyi haqqında. Azərb. SSR EA, Ədəbiyyat və Dil İnstitutunun elmi əsərləri, 1963, 17-ci cild. Bacarıqlı kadrlar hazırlayaq. Lenin tərbiyəsi uğrunda qəz., 1966, № 8. Dilçilərin Səmərqənd məclisi. Lenin tərbiyəsi uğrunda qəz., 1966, № 23. Tabeli mürəkkəb cümlələr (ixtisas kursu proqramı). ADU nəşri, 1967.
Redaktorun qeydləri. H. Mirzəzadənin Azərbaycan dilinin tarixi sintaksisi, Maarif nəşr., 1968. Müasir Azərbaycan dilində -lay şəkilçisinin aqibəti və belə, elə sözlərinin etimologiyası haqqında. Azərb. Dövlət Un. elmi əsərləri, 1968, № 5. Bir nömrəli problem. Ulduz, 1968, № 7. 50 söz kitabçası haqqında. Azərb. Dövlət Un. elmi əsərləri, 1969, № 1–2. Türk dillərində yönlük hal şəkilçisinin mənşəyi haqqında. Azərb. Dövlət Un. elmi əsərləri, 1969, № 3–4. Elm aləmində. Azərb. Dövlət Un. elmi əsərləri, 1969, № 3–4. Qarışıq tipli tabesiz mürəkkəb cümlələr. Azərb. Dövlət Un. elmi əsərləri, 1969, № 5–6. Böyük Sovet türkoloqu. Bakı qəz., 1969, № 282. Sevinirik, fəxr edirik. Lenin tərbiyəsi uğrunda qəz., 1970, № 8. Baş və budaq cümlələr haqqında. Azərb. Dövlət Un. elmi əsərləri, 1970, № 5–6. Müasir türk dillərində köməkçi nitq hissələri, tanıtım. Azərb. Dövlət Un. elmi əsərləri, 1970, № 2. Bağlayıcısız tabeli mürəkkəb cümlələr. Azərb. Dövlət Un. elmi əsərləri, 1971, № 4. Zamanın tələbi. Lenin tərbiyəsi uğrunda qəz., 1972, № 10. Tabeli mürəkkəb cümlələrin sadələşməsi prosesi. Azərb. Dövlət Un. elmi əsərləri, 1972, № 3. Kitabi-Dədə Qorqud dastanlarında tabeli mürəkkəb cümlələr. Azərb. Dövlət Un. elmi əsərləri, 1973, № 2. Türk dillerinde bağımlı birleşik cümlelerin evrimi üzerine. Türk dili Bilimsel Kurultayına sunulan Bildiriler, Ankara Universitesinin basımevi, Ankara, 1975. N. Nərimanov və ana dili. Azərb. Dövlət Un. elmi əsərləri, 1976, № 6. Qədim -ın şəkilçili hal forması və onun Azərbaycan dilində sonrakı vəziyyəti. I məqalə. Azərb. Dövlət Un. elmi əsərləri, 1977, № 6. Qədim -ın şəkilçili hal forması və onun Azərbaycan dilində sonrakı vəziyyəti. II məqalə. Azərb. Dövlət Un. elmi əsərləri, 1978, № 1. Azərbaycan dilində yiyəlik halın vəzifəsi. ADU, Elmi əsərləri, 1978, № 4. Monqol-Azərbaycan leksik paralelləri. İlk qeydlər. ADU, Elmi əsərləri, 1979, № 3.