Simon Alonso Ramirez Kuevas (; 3 noyabr 1998, Konsepsion, Çili) — Premyer Liqa təmsilçilərindən olan Benfika FK klubunda müdafiəçi kimi çıxış edən peşəkar Çili futbolçusu.

Klub karyerası Ramirez peşəkar karyerasına Uaçipato klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 5 mart 2016-cı ildə Çili Premyer Liqasında San Markos de Arika klubuna qarşı oyunda etmişdir. Ramirez 2017-ci ildə Lissabon təmsilçisi olan Benfika FK klubu ilə müqavilə imzalamışdır. Transferin dəyəri isə 700 min avro olmuşdur.

Milli karyerası 2015-ci ildə Ramirez Çilinin gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Ramirez Ekvador, Boliviya və Argentina milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.

Həmin il Ramirez Çilinin ev sahibliyi etdiyi gənclərin Dünya Çempionatında iştirak etmişdir. Ramirez ABŞ və Meksika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.

İstinadlar

Xarici keçidlər Статистика на soccerway Stats and profile at LPFP

Kateqoriya:Çili futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular