Şahab — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 3 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.77, Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.240 qeyd edilmişdir.

1728-ci ilə aid mənbədə Şahab Əsli Şahab.

Toponimi Toponim şahablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 11. IV.1940-cı il fərmanı ilə adı dəyişdirilib Mayakovski qoyulmuşdur. İlk dəfə 1590-cı ildən və sonra 1728-ci ildən mə’lumdur XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə Şaab kimidir 1728-ci ilə aid mə’lumatda sahibkar (bəy) kəndi ("timari Bəkir vələdi Ibrahim") kimi qeyd olunurYerli tələffüz forması Şaab. Şaab şəxs adındandır. Arakel Təbrizi Ağa Şaab adlı əmir adı çəkir

Əhalisi XIX əsrin 70-ci illərində kənddə ermənilər də yerləşdirilmişdir. 1886-cı ildə kəndin əhalisi qarışıq idi. 1948–1951-ci illərdə kəndin azərbaycanlı əhalisi Azərbaycana köçürülmüşdür.

İstinadlar

Kateqoriya:Qırxbulaq kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri