Azərbaycan–Niderland münasibətləri — Azərbaycan Respublikası ilə Niderland Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.

Tarixi

Sovet dövrü 1979-cu ildə Niderlandda Azərbaycan SSR timsalında SSRİ günləri keçirilmişdir.

Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 1-də qurulmuşdur.Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az

Niderland Krallığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir.ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərə dair ümumi tarixi arayış . lib.aliyevheritage.org, 31.01.2009

Səfirliklər Azərbaycanın Niderlandda: Haaqada Azərbaycan səfirliyi

Niderlandın Azərbaycanda: Bakıda Niderland səfirliyi

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir."Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində "Azərbaycan-Hollandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Kərim Kərimov olmuşdur."Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az Bu işçi qrupu indiki adla 13 dekabr 2005-ci il tarixindən adlandırılmışdır."Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2005-ci il tarixli, 21-IIIQR nömrəli Qərarı. e-qanun.az 4 mart 2016-cı il tarixindən Eldar Quliyev işçi qrupunun rəhbəridir.

Iqtisadi əlaqələr Əmtəə dövriyyəsi (min doll.) İlİxracİdxalÜmumi dövriyyəsi20207 927,9896 036,88103 964,86202139 690,3287 732,35127 422,672022131 962,17106 976,19238 938,36

İdman sahəsində əməkdaşlıq Futbol qarşılaşmaları

Həmçinin bax Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyi Avropa Birliyi–Azərbaycan əlaqələri

İstinadlar

Xarici keçidlər Niderlanddaki Azərbaycanin səfirliyi Rəsmi sayti Azərbaycandaki Niderlandin səfirliyi Rəsmi sayti Ikitərəfli münasibətlər