Riyaziyyatda Fibonaççi ədədləri aşağıdakı kimi təyin olunur:0; 1; 1; 2; 3; 5; 8; 13; 21; 34; 55; 89...Tərifə əsasən, ilk iki Fibonaççi ədədi 0 və 1-dir. Sonrakı hər bir ədəd, özündən əvvəlki iki ədədin cəminə bərabərdir. Bəzi mənbələrdə sıranın ilk ədədi 0 əvəzinə 1 götürülür.
Riyazi dildə, Fibonaççi ardıcıllığı (Fn ) aşağıdakı rekurrent düsturla verilir
belə ki, və
Fibonaççi sırası Pizalı Leonardo (Leonardo Pisano), yəni "Fibonaççi" ləqəbi ilə tanınan italyan riyaziyyatçısı Pizalı Leonardonun adı ilə bağlıdır.Parmanand Singh. "Acharya Hemachandra and the (so called) Fibonacci Numbers". Math. Ed. Siwan, 20(1):28-30, 1986. ISSN 0047-6269]Parmanand Singh,"The So-called Fibonacci numbers in ancient and medieval India." Historia Mathematica 12(3), 229–44, 1985.
Fibonaççi ədədləri arasında nisbət 1,618-dir. Bu ədəd qədim misirlilər tərəfindən tapılmış və Pifaqor ondan riyaziyyatda istifadə etmişdir. Qızıl kəsik tamın iki qeyri-bərabər, lakin mütənasib hissəyə bölünməsidir.. Vaxtilə bu nisbət "ilahi nisbət" və ya "qızıl nisbət" adlandırılmış, sonralar isə Leonardo da Vinçi mütənasibliyi ifadə etmək üçün ümumqəbul olunmuş termin – "qızıl kəsik" anlayışından istifadə etmişdir. O vaxtdan etibarən bu mütənasiblik bir çox təbii hadisələrdə müşahidə olunmağa başlanmışdır: insan bədəninin quruluşunda, botanikada, kvant mexanikası proseslərində və s. Müasir dövrdə isə qızıl kəsik praktiki fəaliyyətin müxtəlif sahələrində — riyaziyyat, texnika, musiqi, estetika və s. — geniş elmi tətbiq sahəsi tapmışdır.
Mənbələr
Kateqoriya:Ədədlər nəzəriyyəsi Kateqoriya:Tam ədədlər ardıcıllıqları Kateqoriya:Natural ədədlər