Bəykənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Erməni mənbələrində kəndin adı Bekyan, Kiçik Bekyand kimi qeyd edilirHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.287. Rayon mərkəzindən 5 km şimalda, Alagöz dağının şimal-qərbində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Bəykənd kimiİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.126, Qafqazın 5 verstlik xəritəsində Kiçik Bekand formasındaД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.36 qeyd edilmişdir.
Toponimi Toponim qədim türk dilində "təpə, yüksəklik" mənasında işlənən bək (bak < bəy) sözü iləБушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.35 kənd sözünün birləşməsindən əmələ gəlib "təpəlik, dağlıq yerdə yerləşən kənd" mənasını bildirir. Bəykənd sonralar XIX əsrin ortalarında Böyük Bəykənd kəndindən yaranmış məntəqədir. Mənbədə Bekand kimidir (yenə orada). Ona görə də toponimin bəy və kənd sözlərindən ibarət olması ağlabatan deyil. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Digər adı Kiçik Pərni. 1920-ci ildə adı dəyişdirilib Pokr Parni, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. V.1969-cu il fərmanı ilə yenidən adı dəyişdirilib Anuşavan (Anuş şəxs adıdır) qoyulmuşdur.
Əhalisi 1878-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir
Həmçinin bax Bəykənd
İstinadlar
Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri