Salman Əlizadə (1 dekabr 1993; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən boksçu.

Həyatı Salman Əlizadə 1993-cü il dekabrın 1-də Bakı şəhərində anadan olub.

Karyerası Salman Əlizadə 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Salman Əlizadə yarım-final mərhələsində Sinqapur nümayəndəsi Mohd Həmid ilə üz-üzə gəldi. Həmin görüşdə Salman Əlizadə rəqibinə 10:1 hesabı ilə qalib gəldi və Sinqapur Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi İrlandiya nümayəndəsi Ryan Burnet oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Salman Əlizadə rəqibinə 6:14 hesabı ilə məğlub oldu və Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.

Salman Əlizadə 2011-ci ildə Avropa Çempionatının qalibi olub. 2 il sonra isə Salman Əlizadə Belarusda baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.

Salman Əlizadə 2016-cı ildən İstanbul şəhərində yaşayır.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycanın kişi boksçuları Kateqoriya:2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Yeniyetmələrin Olimpiya medalına sahib Azərbaycan idmançıları