Şarl Despio — fransız heykəltaraş, qrafik.
Həyatı Despionun ilk müəllimi (liseydə) heykəltaraş M.Moran olmuşdur. Parisdə Dekorativ Sənət Məktəbində E.Lemerdən (1892–95) və Zərif Sənətlər Məktəbində E. Barridən (1894–1901) dərs almışdır. 1890-cı illərin sonu-1900-cü illərin əvvəllərində bir sıra kiçik büst-heykəllər yaratmışdır (“Çıxışdanqabaq”, 1901; “Düşüncə”, 1904 və s.).
Fəaliyyəti O.Rodenin köməkçisi olmuş Despio onun əsərini (Varvara Yeliseyevanın portreti, 1906–09, Ermitaj, Sankt-Peterburq) mərmərə köçürmüşdür. Despionun yaratdığı portertlərdə Rodenin təsiri hiss olunur (L.Levrin portreti, 1918, Zərif Sənətlər Muzeyi, Əlcəzair ş. və s.). “Madam Eli For” (1927), “Odetta” (1934; hər ikisi Müasir İncəsənət Milli Muzeyindədir, Paris) və s. kimi qadın portretlərinin müəllifidir. Despio insan fiquru üzərində də işləmiş, burada da gözəl və mükəmməl formalara nail olmuşdur (“Apollon”, 1937–46, Müasir İncəsənət Milli Muzeyi, Paris). Kitablara (Ş.Bodler, A. de Monterlan və b.) illüstrasiyalar da çəkmişdir.
İstinadlar
Xarici keçidlər Şarl Despionun əsərlərinin nümayiş edilməsi Şarl Despio arxiv Şarl Despio əsərləri
Kateqoriya:Fransa heykəltaraşları Kateqoriya:Birinci Dünya müharibəsində Fransa hərbçiləri