ANS Şirkətlər Qrupu — Azərbaycanda xəbər və televiziya yayımı edən quruluşdur.

ANS — 1990-cı ildə jurnalist Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən qurulmuşdur. Şirkətin adı ingilis dilindən tərcümədə "Azərbaycan Xəbərlər Xidməti" mənasını verən "Azerbaijan News Service" (ANS) kəlmələrinin qısaldılmış halıdır. Ayrıca ANS, Sovetlər Birliyindəki ilk xüsusi investisiyalı mətbuat nəşr mənsubudur. Sovetlərin son dövründəki Çeçenistan, Gürcüstan, Osetiya, Qarabağ, Abxaziya, Əfqanıstan, İnquşetiya kimi döyüş və qarşıdurma xəbərləri ANS televiziyasına məşhurluq qazandırmışdır. Bu müsahibə və xəbərlər BBC, CNN, NBC, ZDF, ARD, VOX, RAI, TF, RTR, CBS, TBS kimi dünya şöhrətli kanallara satılmışdır.

Müstəqil və xüsusi investisiyalı bir media orqanı olaraq, ANS Azərbaycanda medianın inkişafında əhəmiyyətli bir rol oynamışdır. İndiki vaxtda bu şirkət ANS TV, ANS ÇM, ANS Press və ANS Kommers olmaqla 4 alt şirkətə malikdir.

Tərkibi ANS TV ANS ÇM ANS Press ANS Kommers ANS Records AzMAN VMF Çingiz Mustafayev Fondu Dadlılar Bakı Film AllStar "BALANS" Studiyası İsti Press

İstinadlar

Mənbə Haqqımızda

Xarici keçidlər ansgroup.ws

Kateqoriya:1990-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:2016-cı ildə ləğv olunanlar