Osiyek Universiteti və ya tam adı Yosip Yuray Ştrosmayer adına Osiyek Universiteti () — Xorvatiyanın Osiyek şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Zeljko TurkaljdırUPRAVA SVEUČILIŠTA . unios.hr .

Tarixi Osiyek Universitetinin əsası Xorvatiya parlamentinin 26 mart 1975-ci il tarixli qərarına əsasən qoyulmuşdur. 2 ay sonra isə 31 may 1975-ci ildə universitetin qurulması ilə bağlı Zaqreb Universiteti ilə və bir sıra başqa qurumlarla anlaşma imzalandı. Belə ki, 1959-cu ildən Osiyek şəhərində Zaqreb Universitetinin İqtisadiyyat fakültəsinin tədqiqat mərkəzi yerləşirdi. Bütün bunlar Universitetin qurulması üçün mühüm baza roluna malik idi.

Universitetin əsas binası 1895-ci ildə inşa edilmişdir. left|200px|thumb|Yosip Yuray Ştrosmayer Hazırda bu universitet 1815-1905-ci illərdə yaşamış katolik ilahiyyatçısı və siyasətçi Yosip Yuray ŞtrosmayerinArthur J. May, The Hapsburg Monarchy, 1867–1914 (New York: W. W. Norton, 1968), 73. Contemporaries spelled the name "Straussmeyer". adını daşıyır.

Tədris Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur.

Fakültələri Universitetin 11 fakültəsi var: thumb|İqtisadiyyat fakültəsi İqtisadiyyat fakültəsi Hüquq fakültəsi Kənd təsərrüfatı fakültəsi Qida texnologiyası fakültəsi Mülki mühəndislik fakültəsi Elektrik mühəndisliyi fakültəsi Mexanika mühəndisliyi fakültəsi Fəlsəfə fakültəsi Təhsil fakültəsi Tibb fakültəsi

Akademiya və departamentləri Universitetin 1 akademiyası və 5 departamenti var: İncəsənət Akademiyası Mədəniyyət tədqiqatları departamenti Riyaziyyat departamenti Biologiya departamenti Fizika departamenti Kimya departamenti

Kitabxanası Universitetin zəngin kitabxana fondu var. Kitabxanasında 550 min nüsxə kitab toplanmışdır.

Kontingent 2008/2009 tədris ilində universitetdə təxminən 20.000 tələbə təhsil almışdır. Müəllimlərin, peşə və elmi fəaliyyətdə məşğul olanların sayı isə 1150 nəfər idi.

Rəhbərlik Universitetə rəhbərliyi rektor edir.

Xarici əlaqələri Universitet fəaliyyəti dövründə bir çox universitetlərlə əməkdaşlıq etmişdir.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Xorvatiya universitetləri Kateqoriya:1975-ci ildə yarananlar Kateqoriya:Osiyekdə təhsil