Zülfüqar Səfər oğlu Abdullayev () — Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayonvə Ucar Rayon Komitəsinin birinci katibi, Şamxor Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.
Həyatı 1933-cü ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1957-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbi bitirmişdir.
1951-ci ildən kolxozçu olmuşdur. 1953–1957-ci illərdə Kənd Təsərrüfatı İnstitutunda oxumuşdur. 1958–1959-cu illərdə maşın-meliorasiya dəstəsinin rəisi, 1960-cı ildən Şamxor Partiya Komitəsinin təlimatçısı, Şamxor Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 1965-ci ildən Yevlax Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi, Azərbaycan KP Ucar RK-nın birinci katibi vəzifələrində işləmiş, 1970-ci ildən isə Azərbaycan KP Mirbəşir RK-nın birinci katibidir.
Azərbaycan KP MK üzvlüyünə namizəddir.
Yeddinci, səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Dəmirçilər seçki dairəsi).
Mənbə
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Ucar Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Şamxor Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri