Eduard Bulver-Litton (; ) — İngiltərə yazıçısı, siyasi xadimi.Bulver-Litton// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 73. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Həyatı Kembricdə Triniti-kollecdə oxumuşdur. 1831–41-ci illərdə viqlər və 1852-ci ildən Torilər partiyasından parlamentin üzvü; İngiltərə lordu, per (1866) olmuşdur. 1820-ci ildən Corc Bayronun təsiri ilə şeir yazmağa başlamışdır.
Fəaliyyəti "Folklend" adlı ilk romanı 1827-ci ildə çap edilmişdir. "Pelem, yaxud Centlmenin sərgüzəştləri" (1828) macəra-satirik romanı ilə şöhrət qazanmışdır. 30-a yaxın roman yazmışdır. "Yucin Eram" (1832) romanı və "Pompeyin son günləri" (1834), "Riensi, yaxud Sonuncu Roma tribunu" (1835), "Harold, yaxud Saksların sonuncu kralı" (1848) tarixi romanları daha məşhurdur. Elmi rasionalizmi (o cümlədən Çalz Darvinin nəzəriyyəsini) inkar etmiş, təxəyyülün gücünə və okkultizm təcrübəsinə inanmışdır ("Zanoni", 1842, "Qəribə əhvalat", 1862 romanları). Bulver-Litton detektiv janrının ("Pol Klifford", 1830), həmçinin roman-antiutopiyanın ("Gələcək irq", 1870) əsasını qoyanlardan biri olmuşdur. "Rişelye, yaxud Sui-qəsd" (1839), "Pul" (1840) və s. tarixi pyes və melodramların müəllifidir. Bulver-Littonun yaradıcılığının Çarlz Dikkens, U. Kollinz, E.Po, N. Qotorn və F.M. Dostoyevskiyə təsiri olmuşdur.
İstinadlar
Xarici keçidlər Works by Edward Bulwer-Lytton at Project Gutenberg Works by or about Edward Bulwer-Lytton at Internet Archive Works by Edward Bulwer-Lytton at LibriVox (public domain audiobooks) Kateqoriya:XIX əsrin İngiltərə romançıları Kateqoriya:Britaniya dramaturqları Kateqoriya:XIX əsr dramaturqları Kateqoriya:Birləşmiş Krallıq Mühafizəkarlar Partiyası siyasətçiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri