Oblivski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Oblivskaya stanisasıdır. Rayon mərkəzindən Rostov-na-Donu şəhərinə olan məsafə 360 km təşkil edir. Rayon rəhbəri Vladimir Nikolsyeviç Çernomorovdur.
Tarixi Oblivski rayonunun tarixi artıq iki əsr yarımı əhatə edir. Belə ki, X. İ. Popovun sözlərinə görə burada, Çir çayının sahilində 1744-cü ildə xutor inşa edilmişdir. 1838-ci il məlumatına görə burada 42 ev vardı.
1924-cü ildə təsis edilmişdir. 1935-ci ildə isə güçləndirilmişdir. 1954-1957-ci illər ərzində Kamenskaya vilayətinə daxil edilmişdir. 1963-cü ildə Milyotinski və Sovetski rayonlsrı hesabına əraxisi genişlənmişfir. Coğrafiyası Oblivski rayonu Rostov vilayətinin şimal-şərqində yerləşir. Şimaldan Sovetski, şərqdən və cənubdan Volqoqradsk vilayətinin rayonları, qərbdən isə Moroxovski və Milyotinski rayonları ilə həmsərhəddir.
İqlimi mülayim kontinentaldır. İsti yaya və soyuq qışa sahibdir. Ərazisindən Çir, Berezovaya və Maşka kimi nisbətən iri çaylar аxır.
Əhalisi Rayonda 19,2 min insan yaşayır.
Yerli idarə etmə Deputatlar qurultayının nümayəndələri Vixrova Qalina Nikolayevna
Rayon administasiyasının rəhbəri 2013-cü ilin mayına kimi — Aleksandr Qriqorieviç Zolotovski 2013-cü il iyuldan indiyənə kimi — Vladimir Çernomorov
İqtisadiyyat Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı tutur. Kənd təsərrüfatının əsasını isə taxılçılıq təşkil edir. Nəqliyyat Rayon mərkəzindən Rostov-na-Donu və Volqoqrad istiqamətli dəmir yolu keçir. Elə bu isriqamətli avtomobil yolu isə respublika əhəmiyyətlidir. Şimal rayonlsrı ilə isə «Oblivskaya—Karginskaya» avtomagistralı birləşdirir.
Mənbə Обливский район на сайте администрации Ростовской области Сайт Администрации Обливского района Ростовской области Муниципальное образование Обливского района Справочник почтовых индексов / кодов ОКАТО /налоговых инспекций ФНС / адресов Обливский район на сайте Rosdon.ru Почтовые индексы: Почтовые индексы: Обливский Район Почтовые индексы | Ростовская область | Обливский район
İstinadlar
Kateqoriya:Rostov vilayətinin rayonları Kateqoriya:1924-cü ildə yaranmış dövlətlər və ərazilər