Ermənistan Dövlət İqtisad Universiteti – Ermənistannın İrəvan şəhərində yerləşən ali təhsil mərkəzi. Universitet 1975-ci ildə fəaliyyətə başlamışdır. Bakalavriat 4 il, magistraturası 2 il çəkir.

Fakültələri

Menecment Ermənistan Dövlət İqtisad Universitetində Menecment fakültəsi 1979-cu ildə təşkil edilmişdir. İlk əvvəllər iqtisadi əmək təşkilatı fakültəsi adlanırdı. Menecment adı isə Beynəlxalq iqtisadi əlaqələrin beynəlxalq iqtisadi əlaüələr fakültəsinə keçməsi ilə adlandırılmışdır.

Fakültəyə daxil olan kafedralar: Mikroiqtisadiyyat kafedrası Əmək iqtisadiyyatı kafedrası Antiböhran və turizm idarəsi kafedrası YUNESCO təhsilinin idarəsi kafedrası Ali riyaziyyat kafedrası Xarici dillər kafedrası

Ənənəvi iqtisadiyyat və beynəlxalq iqtisadi əlaqələr Fakültəyə daxil olan kafedralar: Makro iqtisadiyyat İqtisadi teoriya Beynəlxalq iqtisadi əlaqələr İqtisadi ishesal Fəlsəfə və erməni tsrixi (2012) Politalogiya (2012)

Maliyyə fakültədi Fakültəyə daxil olan kafedralar: Maliyyə (2012) Bank işi və sığorta (2012)

Marketinq və biznesin təşkili Fakültəyə daxil olan kafedralar: Marketinq Kommersiya və biznesin təşkili (2014) Mal dövrüyəsi və texnologiya (2012) Erməni və rus dili Fiziki tərbiyə (2012)

İnformatika və statistika fakültəsi İnformatika və statistika fakültəsi 1975-ci ildə təşkil edilmişdir. 1991-ci ildən iqtisadi kibernetika, 2007-ci ildən isə İnformatika və statistika fakültəsi olaraq adlanır.

Fakültəyə daxil olan kafedralar: Statistiks İqtisadi-riyaziyyat metodu İnformasiya sisteminin idarə olunması

Mühasibat uçotu və audit Mühasibat uçotu və audit fakültəsi 2011-ci ildə təşkil edilmişdir. Gələcəkdə burada iqtisadi analiz ixtisası təşkil ediləcəkdir.

Fakültəyə daxil olan kafedralar: Mühasibat uçotu Mühasibat uçotu və audit

Rektorları Vladimir Nerkararyan (1975–1979) Şavarş Marqaryan (1979–1984) Levon Vardanyan (1984–1991) Torqom Nalçacyan (1991–1993) Qriqor Kirokosyan (1993–2006) Yuri Suvaryan (2006–2011) Koryan Atoyan (2011)

Tanınmış məzunlar Ovik Arqamoviç Abramyan — Ermənistanın baş naziri (2014–2016). Tiqran Surenoviç Sarqsyan (1978–1980) — Ermənistanın 12-ci baş naziri (2008–2014). Qrant Araratoviç Baqratyan (1975–1979) — Ermənistanın 4-cü baş naziri (1993–1996). Leonard Qeorqieviç Petrosyan (1975–1979) — Ermənistan Parlamentində baş vermiş teror zamanı həlak olmuşdur (1999). Ermənistan Dövlət İqtisad Universitetində çoxlu sayda erməni dövlət xadimləri təhsil almışdır.

Mənbə Rəsmi sayt

İstinadlar

Kateqoriya:Ermənistan universitetləri Kateqoriya:Ermənistan Dövlət İqtisad Universiteti