Tofiq Mürsəl oğlu Mirzəyev () — Azərbaycan SSR və Azərbaycan Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi, 1988–1990-cı illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin katibi, 1976–1991-ci illərdə Azərbaycan SSR Maliyyə Nazirinin müavini, 1991–1992-ci illərdə isə Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Milli Məsələlər üzrə Dövlət Komisiyyasının üzvü, tanınmış iqtisadçı, iqtisadiyyatın idarə olunması üzrə mütəxəssis və elmi tədqiqatçı.
Həyatı Tofiq Mürsəl oğlu MirzəyevGÜRCÜSTANDAKI SOYDAŞLARIMIZ PROBLEMLƏRLƏ ÜZLƏŞİB- www.musavat.com 20 noyabr 1940-cı ildə Gürcüstan SSR-in Marneuli rayonu Böyük Bəylər kəndində ziyalı aisləsində dünyaya göz açıb. Uşaqlığı və erkən gəncliyi Böyük Bəylər kəndində keçib. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakı şəhərinə köçmüş və ömrünün sonuna qədər Azərbaycanda yaşamışdır. Tanınmış dövlət xadimi Tofiq Mirzəyev 6 yanvar 2016-cı ildə 75 yaşında dünyasını dəyişmiş və ailəsinin arzusuna uyğun olaraq Bakı şəhərində dəfn edilmişdir.
Təhsili 1957-ci ildə Böyük Bəylər kənd orta məktəbini bitirib. 1962-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini başa vurub. 1977-ci ildə SSRİ Maliyyə Nazirliyinin İttifaq Respublikaları maliyyə işçiləri üçün təkmilləşmə kursunu bitirib. 1979-cu ildə Timiryazev adına SSRİ Kənd Təsərüffatı Akademiyasında ixtisasartırma kursu keçib. 1987-ci ildə Azərbaycan KP MK yanında Bakı Ali Partiya Məktəbində İdarəetmə kursunun dinləyicisi olub.
Dövlət xadimi Tofiq Mirəzyev əmək fəaliyyətində 1963-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitısində məsləhətçi kimi işə başlamış. 1963–1976-cı illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi, Nazirlər Soveti və maliyyə nazirliyi sistemində müxtəlif vəzifələr tumuşdur.
26 iyun 1976-cı ildə Azərbaycan KP-nin 1-ci katibi Heydər Əliyev, Azərbaycan KP Mərkəzi Komitəsinin Plenumunda Azərbaycan SSR-də maliyyə sisteminin təkmilləşdirilməsi üçün Azərbaycan SSR Nazirlər Sovetinin Sədri Əli İbrahimovun qarşısında konkret tələblər qaldırdı və 40-cı illərdən qalma nomenklatura kadrlarının gənclərlə əvəz olunması göstərişi verdi.
27 iyun 1976-cı ildə Tofiq Mirzəyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Əli İbrahimov hökumətində Maliyyə Nazirinin müavini vəzifəsinə təyin edildi. Azərbaycan SSR-in dövlət maliyyə sisteminin təkmilləşdirilməsi, yeni operativ idarəetmənin və büdcə vasitlərinin səmərərli xərclənməsi prinsiplərinin tətbiqi məhz Tofiq Mirzəyevin fəaliyyəti ilə bağlıdır. 1976–1991-ci illərdə Azərbaycan SSR-in sürətli sınayeləşmə və kənd təssürüfatının inkişafı dövründə respublikaının maliyyə sisteminin operativ işləməsi məhz Tofiq Mirzəyev tərəfindən təmin edilmişdir. Ona görə də Azərbaycan SSR Nazirlər Sovetinin Sədrləri dəyişdirilsə də, yeni Maliyyə Nazirləri vəzifəyə gəlib, vəzifədən getsə də, Tofiq Mirəzyev əvəzedilməz kadr kimi Maliyyə Nazirinin müavini postunda saxlanılmışdır.
22 yanvar 1981-ci ildə Azərbaycan SSR Ali Soveti tərəfindən Həsən Seyidovun Sədrliyi ilə yeni Nazirlər Soveti formalaşdırılanda Tofiq Mirzəyev yenidən Maliyyə Nazirliyində saxlanıldı və nazir müavini postuna təyin edildi. Yeni hökumət başçısı Həsən seyidovun Borçalıdan olması, həmçinin Mərkəzi Komitədə Tofiq Mirzəyevlə bir çox dövlət tədbirlərində birgə fəaliyyət göstərmələri səmimi münasibətlərin əsasını qoydu.
1982–1983-cü illərdə Azərbaycan SSR Maliyyə Naziriliyi və Dövlət Plan Komitəsi Tofiq Mirzəyevin təklifi əsasında respublikada pul tədavülü sahəsində işlərin təkmilləşdirilməsi üçün xüsusi işlər həyata keçiridi. Bu proses Azərbaycan SSR-də sənaye istehsalının və kənd təsürüffatı məhsullarının artması nəticəsində respublikanın büdcəsində toplanan maliyyə vəsaitlərinin rasional xərclənməsinə ciddi təsir göstərdi.
1983–1984-cü illərdə Yuri Andropovun SSRİ rəhbərliyinə gəlməsi bütün SSRİ-də olduğu kimi, Azərbaycan SSR-də də dövlət səviyyəsində həyata keçirilən "Əmək intizamı" siyasətinin sərtləşdirilməsi ilə müşahidə edildi. O vaxt Azərbaycan rəhbəri K. Bağırov "Əmək intizamı" siyasətinin Azərbaycan reallığına və yerli şəraitdə zərəsiz həyata keçirilməsi üçün Maliyyə Nazirinin müavini Tofiq Mirzəyevdən xüsusi proqram hazırlayıb həyata keçirmək göstərişi verdi. 1983-cü ilin sonu 1984-cü illərdə Azərbaycan SSR-də Tofiq Mirzəyevin "Müəsisəslərdə mühasibat uçotu, onun mexanikləşdirilməsi və əmək intizamı" proqramı və bu istiqamətdə maliyyə siyasəti reallaşdırıldı. Bu keçmiş SSR-də Ukrayna, Litva, Latviya və RSFSR ilə yanaşı Azərbaycanın da göstəricilərində biri idi.
SovİKP Baş katibi Mixail Qorbaçovun tətbiq etməyə başladığı yenidənqurma siyasəti, iqtisadi liberallşma, bazar iqtisadiyyatı sistemin mərhələli tətbiqi, SSRİ və Azərbaycan SSR-in maliyyə sistemini də əhatə etməyə başladı. 1985-ci ildə Nikolay Rıjkov hökumətində SSRİ Maliyyə Naziri təyin edilən Boris Qostevin tətbiq etməyə başladığı yeni maliyyə planlaşdırması və bazar iqtisadiyyatı prinsiplərinə uyğun liberal maliyyə siyasəti Azərbaycanda Tofiq Mirzəyev tərəfindən həyata keçirilməyə başladı.
Tofiq Mirzəyevin fəaiyyəti nəticəsində 1990-cı ilə qədər Azərbaycan SSR də dövlətin maliyyə siyasətinin liberallaşdırılması, bazar iqtisadiyyatının tətbiqinə maliyyə sisteminin uyğunlaşdırılması prosesi həyata keçirildi.
1988-ci ildə SovİKP Baş katibi Mixail Qorbaçovun müttəfiq respublikalarda partiya və respublika rəhbərliyinin 1970–80-ci illərdən kök salmış milli-siyasi klanlardan təmizləmə siyasəti bütün müttəfiq sovet respublikalarında yuxarı partiya-dövlət elitasının dəyşdirilməsinə gətirib çıxardı. 1988-ci ildə Azərbaycan SSR yeni rəhbər təyin edilən Əbdürrəhman Vəzirov, SSRİ rəhbərliyinin razılığı ilə Ayaz Mütəllibovun başçılığı ilə yeni Azərbaycan SSR Nazirlər Soveti təyin etdi.
27 yanvar 1989-cu ildə formalaşdırılan yeni tərkibli edilən Azərbaycan SSR Nazirlər Sovetində Maliyyə naziri vəzifəsindən kənarlaşdırılsa da əvəzedilməz kadr və maliyyə siyasətinin profesiional mütəxəssisi Tofiq Mirəzyev Ayaz Mütəllibov hökumətində də Maliyyə Nazirinin müavini vəzifəsə təyin edildi. Bu o demək idi ki, Azərbaycan SSR maliyyə sistemi və ümumən dövlətin apardığı maliyyə siyasəti Tofiq Mirəzyevsiz mümkün deyil.
1988-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsinin Birinci katibi Ə. Vəzirov Tofiq Mirzəyevi Azərbaycan KP MK katibi təyin etdi. Tofiq Mirzəyev artıq republikaının maliyyə siyasətinin Mərkəzi Komitədəki kuratoruna çevrildi. Bu vəzifəsinin öhdəsindən uğurla gələn T. Mirzəyev SSRİ-də başlayan ciddi iqtisadi böhranın Azərbaycanda təsirinin azaldılması üçün bir sıra starteji təkliflər irəli sürdü və müxtəlif qabaqlayıcı tədbirlərin həyata keçrilməsinə nail oldu.
1990-cı il 20 yanvar faciəsindən sonra Azərbaycan SSR rəhbərliyində dəyişiklik edildi. Əbdürrəhman Vəzirov vəzifəsindən kənarlaşdırıldı. Respublikaya rəhbərliyinə Ayaza Mütəllibov]gətirildi. 26 yanvar 1990-cı iləd Həsən Həsənovun başçılığı ilə formalaşdırılan Azərbaycan SSR Nazirlər Sovetində Tofiq Mirzəyev həmiş olduğu kimi yenidən Maliyyə Nazirinin müavini vəzifəsində saxlanıldı. Onunla hələ 70-ci illərin sonunda tanış olan Həsən Həsənov maliyyə siyasəti sahəsində yetişmiş, xüsusi təcrübayə malik olan mütəxəssisi əldən vermək istəmədi.
1988-ildə Dağlıq Qarabağ bölgəsində başlanan erməni separatizmi və yavaş yavaş alovlanan milli münaqişə vətənpərvaər şəxs olan Tofiq Mirzəyevi də düşündürürdü və o yenidən fəaliyyətə keçərək müxtəlif qabaqlayıcı tədbirlərin həyata keç.irilməsi üçün dövlət orqanlarına təkliflər hazırladı və təqdim etdi. Digər tərəfdən isə qonşu Gürcüstan SSR-də yaşayan spoydaşlarımızın yaşadığı bölgələrdə ictimai-siyasi və kriminogen durum süni sürətdə gərginləşdirilməyə başladı. Əsələn Borçalıdan olan Tofiq Mirzəyev ata-bablarının dəfn edildiyi torpaqlarda anti-türk tendensiyasının açıq milli konflitə çevrilməsinə yönəldilmiş gürcü şovinist siyasətini çox gözəl anlayırdı. Milliyətçi-şovinist Zviad Qamsaxurdiyanın Gürcüstanda hakimiyyətə gəlməsi və "Gürcüstan gürcülər üçündür" şovinist siyasi şüarı dövlət siyasətinə çevirməsi Azərbaycan rəhbərliyini, həmçinin Tofiq Mirzəyevi də hərəkətə keçirdi.
1988-ci ildən başlayaraq Ermənistan SSR-dən azərbaycanlıların deportasiya edilməsi, soydaşlarımızın kütləvi sürətdə Azərbaycana gəlməsi respublika hökuməti üçün əlavə maliyyə və sosial-iqtisadi problemlər yartmağa başladı. Bu problemlərin həll edilməsi üçün Tofiq Mirzəyev Azərbaycan SSR Nazirlər Sovetinin Köçgünlərlə bağlı Məsələlərin Həll edilməsi üçün dövlət Müvəkkili təyin edildi.
1989–1990-cı illərdə məhz Tofiq Mirzəyevin fəaliyyəti nəticəsində Azərbaycan SSR Nazirlər Soveti və Maliyyə Nazirliyi Ermənistandan köçürülmüş soydaşlarımızın maddi problemlərinin həll edilməsi, onların ərzaq və vacib məhsullarla təmin edilməsi mexanizmini hazırladı və həyata keçirdi. Həmçinin Tofiq Mirzəyev soydaşlarımızın Ermənistan SSR-də qalan əmlaklarının uçota alınması maddi və fiziki ziyanıların ödənilməsi üçün SSRİ Ali Məhkəməsinə və digər hüququ-mühafizə orqanlarına müraciət edilməsi qaydaları üçün hüquqi baza hazırladı.
1990-cı ildə Ermənistan SSR-lə sərhəd bölgələrində, Dağlıq Qarabağ Muxtar Vilayəti və şaumyan rayonu ərazilərində ictimai-siyasi vəziyyətin gərginləşməsi, kriminogen durumun nəzarətdən çıxma ehtimalının armasını nəzərə alıb Azərbaycan SSR daxili İşlər Nazirliyində islahat aparılması, milis işçilərinin və mobil əməliyyat qrupları şəxsi heyətinin 22.000 nəfərə qədər artırılması üçün Azərbaycan SSR Prezidenti Ayaz Mütəllibova və Azərbaycan SSR Hökumətinə xüsusi təkliflər paketi hazırlayıb təqdim etdi. Bu təklif nəzərə alınaraq reallşadırıldı və formalaşdırılan daxil qoşon şəxsi heyəti sonradan Azərbaycan Silahlı Qüvvələrinin ilk əsasnı təşkil etdi.
19 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edildikdən sonra Tofiq Mirzəyev müstəqil dövlətin Nazirlər Kabinetində yenə də Maliyyə Nazirinin müavini vəzifəsində saxlanıldı.
Tofiq Mirzəyevin üzrinə yenicə müstəqillik qazanmış milli respublikaının maliyyə sisteminin yeniləşdirilməsi və stabilləşdirilməsi vəzifəsi düşürdü.
5 fevral 1991-ci ildə Tofiq Mirzəyev Azərbaycan Respublikası Prezidenti Ayaz Mütəllibovun fərmanı ilə Azərbaycan Respublikası Milli Məsələlər üzrə Dövlət Komissiyasının üzvü təyin edildi. Bu Dövlət Komissiyasında Tofiq Mirzəyevin üzərinə qoyulmuş vəzifə Gürcüstandan soydaşlarımızın deportasiyasının qarşısının alınması, Dağlıq Qarbağ regionu ilə bağlı problemlərin həlli və digər məsələlər idi.
1992–1993-cü illərdə Tofiq Mirzəyevin fəaliyyəti nəticəsində Gürcüstanda yaşayan soydaşlarımızın deprotasiyasının qarşısı alındı və Gürcüstanln Borçalı bölgəsində milli münaqişənin baş verməsi mümkün olmadı.
1992-ci ildə Prezident Ayaz Mütəllibov hakimiyyətdən devrildikdən sonra 1 il ərzində Azərbaycan Nazirlər Kabineti bir neçə dəfə yenidən formalaşdırıldı. Hökumətin dəyişməsinə baxmayaraq Tofiq Mirzəyevin maliyyə siyasəti üzrə mütəxəssis olması onun tuduğu vəzifəsi üçün əvəzedilməz kadr edirdi.
1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyəti ilə müəyyən məsələlərdə fikir ayrılığının yarnması, hakimiyyətədə dərbəyliyin olması Tofiq Mirzəyev tərəfindən dəfələrlə açıq etirazla qarşılandı. Nəticədə Milli Məclisin sədri İsa Qəmbərin və Dövlət katibi Pənah Hüseynin təkidləri ilə Prezident Əbülfəz Elçibəy 16 dekabr 1992-ci ildə Tofiq Mirzəyevin Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini vəzifəsindən kənarlaşdırılması barədə fərman imzaladı. Tofiq Mirzəyev kimi peşəkar kadr vəzifədən uzaqlaşdırılması 2 ay ərzində özünü göstərdi. Azərbaycan Respublikasında plansız maliyyə siyasəti, büdcənin qeyri-rasional istifadəsi iqtisadi xaosa və maliyyə böhranına gətirib çıxardı.
Tofiq Mirzəyev 15 may 1993-cü ilə qədər Azərbaycan Respublikası Milli Məsələlər üzrə Dövlət Komissiyasının üzvü kimi dövlət vəzifəsində qaldı.
1993-cü ildən sonra isə Tofiq Mirəzyev ictimai-siyasi fəaliyyətini Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həllinə yönəltmiş oldu.
İctimai-siyasi fəaliyyəti