Şoloxov rayonu — Rusiyanın Rusiya Federasiyası ərazisində yerləşən inzibati rayon.

Rayon mərkəzi Vyeşenskaya stanisasıdır. Stanisadan ən yaxın dəmir yol stansiyasına məsafə 150 km-dir. Vilayət mərkəzinə isə məsafə 360 km təşkil edir. Tarixi Rayon 1924-cü ildə təşkil edilmişdir. İlk əvvəllər Vyeşenski rayonu adlanırdı.

1954 - 1957-cü illərdə Kamenskaya vilayətinin tərkibinə daxil edilmişdi. 1956-cı ildə Bazkovski rayonunun bir hissəsi ona birləşdirilmişdir. 1963-cü ildə Verxnodonski və Bokovski rayonlarının hesabına ərazisi möhkəmləndirilmişdir. RSFSR ali sovetinin qərarı ilə 4 iyun 1984-cü ildə adı Şoloxov olaraq dəyişdirilmişdir. Rayon Mixail Aleksandroviç Şoloxovun şərəfinə adlandırılmışdır

Coğrafiyası Rayon şimaldan Volqoqrad vilayəti ilə sərhədlənir. Rayonun ərazisi 2,5 min km² təşkil edir. Ərazisindən Dubrovaya, Don və Reşetovka çayları axır. .

İnzibati bölgüsü Şoloxov rayonu ərazisinə daxil olan kənd yaşayış məntəqələri: Bazkovskaya; Alşanski xutoru, Beloqorski xutoru, Verxnetokinski xutoru, Qromkovski xutoru, Frolovski xutoru. Veşenski; Andropovski xutoru, Elanskaya, Krasnoyarovski xutoru, Lebyajenski xutoru, Piqarevski xutoru, Solonsovski xutoru. Dubrovskoe; Antipovski xutoru, Zubovski xutoru, Şebunyayevsi xutoru. Dudarevskoe; Krivskoy xutoru, Losevski xutoru. Kalininskoe; Kalininskoe xutoru, Kriuşşinski xutoru, Matveevski xutoru, Nijekrivskoe, Pleşakovskoe xutoru, Pleşakovski xutoru, Rubejinski xutoru, Rıbinski xutoru. Kolundaevski; Alimovski xutoru. Başaevski xutoru, Qoroxovski xutoru, Kozıbevski xutoru, Soldatskaya xutoru, Uşakovskaya xutoru, Çernovski xutoru. Krujilinski; Lavrova Balka qəsəbəsi, Maksaevski xutoru, Sinqi xutoru, Çukarinski xutoru. Merkulovskoye; Varvarinski xutoru, Vodyanski xutoru, Zatonski xutoru, Kalinovski xutoru. Ternovskoe; Antonovski xutoru, Bezborodovski xutoru, Qryaznovski xutoru, Koçetovski xutoru, Moxovski xutoru, Popovski xutoru.

Mənbə Вёшенский юрт Сайт Администрации Шолоховского района Шолоховский район на сайте администрации Ростовской области Муниципальное образование Шолоховского района Справочник почтовых индексов / кодов ОКАТО /налоговых инспекций ФНС / адресов Шолоховский район на сайте Rosdon.ru Территориальная избирательная комиссия Шолоховского района Мемориал Донским казакам в Шолоховском районе Почтовые индексы: Шолоховский Район Почтовые индексы | Ростовская область | Шолоховский район İstinadlar

Kateqoriya:Rostov vilayətinin rayonları Kateqoriya:1924-cü ildə yaranmış dövlətlər və ərazilər