Elasmidae fəsiləsi-() Zərqanadlılar dəstəsinə aid olan fəsilə.

Xarici görünüşü thumb|left|150px Uzunluğu 2–3 mm, döşünün quruluşuna görə Eulophidae-yə yaxındır, belə ki, aksillər bir qədər irəli çıxır. Qabaq baldırlarında mahmızlar düz və gödəkdir. Arxa çanaqları adətən xeyli enlənmiş və uzanmışdır. Pəncələri 4-5 buğumludur. Qabaq qanadın marginal damarı, bir qayda olaraq, çox uzundur. Ortakürək qalxanının parapsidal şırımları adətən yalnız qabaqdan azacıq ifadə olunmuşdur. Qarıncığının çox qısa saplağı var. Bədəni qaradır. Bığcıqları adətən şaxəlidir.Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Həyat tərzi Elasmus cinsinin növləri Elasmus (E.albipennis Thomson, E.elongatus Ferriere) güvələrin bir çox növlərinin, o sıradan əməköməci güvəsinin, Euryschia inopinata Masi isə gümüşü milçəklərin parazitidir.

Yayılması Dünya faunasında 100-dən artıq, Avropada 12, MDB-nin Avropa hissəsində 7, Azərbaycanda 4 növü məlumdur (Rzayeva, 1971; Tryapisın, 1978). Fəsilənin nümayəndələri Azərbaycanın bütün şaquli qurşaqlarında və təbii vilayətlərində aşkar edilmişdir.

Təsnifatı

İstinadlar

Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, -2004, -388 səh.

Xarici keçidlər Elasmus sp

Həmçinin bax

Kateqoriya:Zərqanadlılar