Nəhəng qaraciyər sorucusu () — Yastı qurdlar tipinin Sorucu qurdlar sinfinə aid olan növ.

Xarici quruluşu

Bədənin uzunluğu 33 – 76 mm, eni 5 – 12 mm – dir. Bədənin ön hissəsi konusvari qurtarır. “Çiyinlər” bunlarda yoxdur. Bədənin yan kənarları paralel gedir. Bədənin son hissəsi dairəsi (kor) qurtarır. Qarın sormacı dairəvidir, bədənin arxa hissəsinə qədər uzanaraq kor torba əmələ gətirir. Farinks qida borusundan uzundur. Bağırsağın lateral çıxıntıları F.hepatica – nınkına uyğundur. Daxili median çıxıntıları əksinə çoxdur və görünən budaqlanmalar verir. Sarılıq follikulaları qida borusunun hər iki tərəfində dorzal və ventral hissələrdə yerləşir. Bədənin az dartılmış hissəsini toxumluqlar tutur. Yumurta 0,125 – 0,157 x 0,06 – 0,10 mm ölçüdədir.İ.Ə.Sadıqov.Az. EA – nı xəbərləri (biol. elm. ser.), 1991, №1, s. 3 – 6.

Yayılması

Azərbaycanın subtropik və aran rayonlarında. Az yayılan, az saylıdır. Dünyada – 5 növ, Qafqazda – 2 növ, Azərbaycanda – 2 növ yayılıb.

Həyat tərzi Camışın, vəhşi cütdırnaqlıların qara ciyərinə parazitlik edirlər. Bağırsaq şirəsi ilə qidalanır. Hermofrodit orqanizm olub, yumurta sürfə vasitəsilə sahib dəyişmə yolu ilə çoxalır. 3,5 aya əsas sahibin bədənində yetkin formaya çatır. Biohelmint olub, inkişaf dövriyyəsi aralıq sahiblərin iştirakı ilə gedir. Həyat tsikli- Sahib dəyişməklə başa çatır.

İnsan həyatına təsiri

Epidemioloji rolu var. 3 – cü dərəcəli konsumentdir.

Mənbəyi

“Şirvan Dövlət qoruğunda ceyranda (Casella subqutturosa Güld.,) nəhəng fassidanın (F.gigantica, Cobbold, 1869) tapılması”

Ədəbiyyat İ.Ə.Sadıqov.Az. EA – nı xəbərləri (biol. elm. ser.), 1991, №1, s. 3 – 6.

Həmçinin bax Yastı qurdlar Qaraciyər sorucusu

İstinadlar

Xarici keçidlər Fasciola gigantica Fasciola hepatica and fasciola gigantica

Kateqoriya:Trematodlar Kateqoriya:İnsan parazitləri