() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1 ab(i, ii, iii). Regional IUCN Statusu: VU B2ab (ii, iii, iv).
Təbii yayılması Qafqaz endemikidir. Kür düzənliyi və Kiçik Qafqazın mərkəzi hissəsində yayılmışdır. Antropogen təsir nəticəsində yayılma ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur.
Botaniki təsviri Çoxillik ot bitkisidir, hündürlüyü 25 (30)-50 (60) sm-dir. Yarpaqları xətvari, uzunluğu 2-3 (40) sm-ə çatır, eni 0,5-2 (4) mm, itidir, uc hissəsi iynə şəkillidir. Süpürgəsi budaqlı, bit neçə dəfə haçalanmış, uc hissəsi tükcükşəkilli budaqcıqlarla budaqlanmışdır. Kasacığın uzunluğu 2 mm-ə çatır, zəngçiçəyinə oxşayır, ortaya qədər haçalanmışdır, yumurtaşəkilli, küt dişli, kənarları pərdəlidir. Ləçəkləri çəhrayı, uzunsov, kasacıqdan 1-2 dəfə uzundur. Qutucuq yumurtaşəkillidir, kasacıqla eyni ölçüdədir. Toxumlarının diametri 1 mm-ə çatır, az qabarıqdır.
Ekologiyası May-iyun aylarında çiçəkləyir. Düzənliklərdə və aşağı dağ qurşaqlarında qumlu və gilli, quru, daşlı yerlərdə, əhəngli yamaclarda və qayalarda rast gəlinir. Məhdudlaşdırıcı amillər yaşayış ərazisinin deqradasiyası, otarılma və tapdalanma hesab edilir. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum banklarında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Azərbaycanda yayılması Azərbaycanın nadir növüdür.
İstinadlar
Həmçinin bax